GEODEZİYA VƏ KARTOQRAFİYA KAFEDRASI
GEODEZİYA VƏ KARTOQRAFİYA KAFEDRASI
Bakı Dövlət Universitetində geodeziya və kartoqrafiya fənlərinin tədrisi əməkdar elm xadimi, professor Məmməd Hüseyn oğlu Əliyevin adı ilə bağlıdır. 1954- cü ildə bu fənlərdən dərs demək üçün Rizvan Xanəmi oğlu Piriyev universitetə dəvət olunur. R.X.Piriyev 1958-ci ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş və 1972-ci ildə professor adına layiq görülmüşdür.
1972-ci ildə fakültədə Geodeziya və kartoqrafiya kafedrası yaradıldı və professor R.X. Piriyev həmin kafedranın müdiri vəzifəsinə seçildi. O, bu vəzifədə ömrünün sonunadək (1988) çalışmışdır.
Prof. R.X. Piriyevin Azərbaycanda Geodeziya və kartoqrafiya elminin inkişafında, eləcə də bu sahədə kadr hazırlığında əvəzsiz xidmətləri olmuşdur. Onun kafedraya rəhbərlik etdiyi dövrdə 1974-ci ildən başlayaraq «kartoqrafiya» ixtisası üzrə mütəxəssis hazırlığına başlanılmışdır. Prof. R.X. Piriyev 10- dan çox elmlər namizədi yetişdirmişdir ki, onlardan da 3 nəfəri hazırda BDU-nun Geodeziya və kartoqrafiya kafedrasında dosent vəzifəsində çalışır.
R.X. Piriyev 5 dərslik və dərs vəsaitinin, 1 monoqrafiya, 60-dan çox elmi məqalələrin, o cümlədən, ilk dəfə azərbaycan dilində «Kartoqrafiya» (1964:1975) dərsliyinin müəllifidir.
1988-2011 illərdə Geodeziya və kartoqrafiya kafedrasına t.e.n., dos. Rafiq Əliheydər oğlu Babayev rəhbərlik etmişdir O, 1965-ci ildə Moskva Geodeziya, Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunu «kartoqrafiya» ixtisası üzrə bitirmiş, 1977-ci ildə isə həmin ixtisasdan namizədlik dissertasiyası müdafiə etmişdir. R.Ə. Babayevin rəhbərliyi ilə 2 elmlər namizədi, 15 magistr hazırlanmışdır.R.Ə. Babayev 1 monoqrafiya 80-dan çox elmi məqalə, tezis, metodik göstəriş və fənn proqramlarının müəllifidir. Elmi əsərləri əsasən kartometriyaya həsr olunub. Azərbaycanın landşaft, geomorfologiya, əhali və sənaye xəritələrinin tərtibində həmmüəllif kimi iştirak etmişdir.
2011 –ci ildən Geodeziya və kartoqrafiya kafedrasına texnika elmləri doktoru, professor Məqsəd Hüseyn oğlu Qocamanov rəhbərlik edir. O, ali təhsilin bütün pillələrini: institut (1977-1982), aspirantura (1986-1989) və doktoranturanı (2002-2005) Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetində keçmişdir. M.H.Qocamanov geodeziya və kartoqrafiya elmi sahəsində elmlər doktoru elmi dərəcəsinə layiq görülmüş ilk və yeganə azərbaycanlıdır. Onun elmi fəaliyyəti ali geodeziya, kosmik və peyk geodeziyası, geodeziya ölçmələrinin riyazi hesablanması və peyk texnologiyaları əsasında müasir geodeziya şəbəkələrinin yaradılması,CİS və kadastr sistemlərinin yaradılması, aerokosmik və məsafədən zondla tədqiqat metodları, dəniz geodeziyasınin elmi və elmi-praktik problemlərinin həlli ilə bağlıdır. O, ali məktəblər üçün üç dərsliyin, iki monoqrafiya, 12 000 sözdən ibarət rusca- azərbaycanca terminoloji lüğətin, çox saylı metodik göstəriş və fənn proqramlarının, 150 elmi məqalənin müəllifidir.
«Geodeziya» ixtisası üzrə doktoranturaya qəbul imtahanının proqramı
Kafedranın əməkdaşları:
- Qocamanov Məqsəd Hüseyn oğlu, texnika elmləri doktoru, professor, kafedra müdiri
- Əhlimanov Ramiz Mirağa oğlu, coğrafiya elmləri namizədi, dosent
- Bağmanov Zahid Alı oğlu, texnika elmləri namizədi, dosent
- Mehbaliyev Mehman Möhübbət oğlu, coğrafiya elmləri namizədi, dosent
- Talıbov Əfqan Talıb oğlu, coğrafiya elmləri namizədi, dosent
- Orucov Mübariz Kazım oğlu, baş müəllim
Kafedrada kadr hazırlığı istiqaməti :
Kafedrada ölkə ərazisinin geodeziiya təminat sisteminin yaradilması və topoqrafik cəhətdən öyrənilməsi, yerin fiziki səthinin xəritələşdirilməsi sahəsində çalışa biləcək geodeziya və kartoqrafiya istiqaməti üzrə kadrların bakalavriat (050640.-Geodeziya və xəritəşilik mühəndisliyi) və magistratura pilləsində üç ixtisaslaşma üzrə (060640-Tətbiqi geodeziya, xəritəçilik və geomatika) hazırladığı həyata keçirilir.
Tədris olunan əsas fənlər:
Bakalavr pilləsi:
İxtisaslaşma, Xəritəçilik
- Geodeziya;
- Kartoqrafiya;
- Xəritələrin layihələndirilməsi və tərtibi;
- Kartometriya və morfometriyanın əsasları;
- Fotoqrammetriya;
- Geodeziya ölçmələrinin hesablanması və tarazlaşdırılması;
- Məsafədən zondla tədqiqat üsulları;
- Coğrafi informasiya sistemlərinin əsasları;
- Ekoloji kartoqrafiya.
Magistratura pilləsində:
İxtisaslaşma: 060640- tətbiqi geodezira
- Ali geodeziya;
- Müasir geodeziya ölçmə texnologiyaları;
- Deformasiyaların geodeziya üsulları ilə öyrənilməsi;
- Geodeziya ölçmələrinin proqram təminatı;
- Kosmik geodeziya;
- Coğrafi informasiya sistemləri.
İxtisaslaşma: 060640- Xəritəçilik
- Tematik xəritələrin layihələndirilməsi və tərtibi;
- Tematik xəritələrin riyazi əsasları və məzmun elementləri;
- Morfometrik xəritələrin riyazi- statistik təhlili;
- Ekoloji xəritələrin tərtibi metodikası;
- Kartoqrafik tədqiqat üsulları;
- Coğrafi informasiya sistemləri.
İxtisaslaşma: 060640- Geomatika
- Geomatikanın əsasları;
- Geomatika üsulları ilə geosistemlərin monitorinqi və təhlili;
- Geomatikada modelləşdirmə metodları;
- Coğrafi informasiya sistemləri;
- Aerokosmik materiallardan istifadə;
- Ekoloji xəritələrin tərtibi metodikası.
Kafedranın elmi istiqamətləri:
- Təbii komplekslərin və onların komponentlərinin aerokosmik materiallar və Coqrafi informasiya sistemlərinin tətbiqi ilə tədqiqi və kartoqrafik təhlili;
- Peyk texnologiyasından istifadə əsasında müasir geodeziya təminatı və monitorinqi sisteminin yaradılması;
- Geodeziya və kartoqrafiya sahəsində elmi kadrların hazırlanması.
Kafedranın son illərdəki elmi nəşrləri:
- Qocamanov M.H., Bağmanov Z.A, Geodeziya ölçmələrinin riyazi hesablanması- Bakı, 2001;
- Qocamanov M.H. Geodeziya, kartoqrafiya və aerofototopoqrafiya terminləri lüğəti – Bakı, 2000 ;
- Талыбов А.Т. Картографический анализ ландшафтно-экологического условия Абшеронского полуострова – Баку, 2004;
- Байрамoв Р.В. Геодезuя и картография. Учевное пособuе.-Баку,2006.
- Годжаманов М.Г. Реконструкция и развитие государственной геодезической сети с исполъзованием спутниковых технологий – Москва – Бакы, 2008;
- Годжаманов М.Г. Геодезическтй мониторинг и обеспечение работ на ьоре. – Москва- Баку,2009;
- Qocamanov M.H. Hərbi topoqrafiya. – Bakı, 2009;
- Бабаев Р.А. Исследования способов измерения длин извилистых линий путлов наклона методом моделирования.-Баку,2009;
- Bayramov R.V. Geodeziyanın əsasları və kartoqrafiya .-Bakı, 2010;
- Talıbov Ə.T. Coğrafiyanın əsasları.-Bakı, 2012.
Qocamanov M.H. Geodeziya ölçmələrinin hesablanması və tarazlaşdırılması. – Bakı, 2014; - Ахлиманов Р. М. Морфометрический анализ ландшафтной структуры (на примере территории Азербайджанской Республики – Баку, 2018).
Tədris proqramlar
- Xəritəçilik bakalavr pilləsi üçün proqram toplusu. Bakı,2008.
- Xəritəçilik magistr pilləsi üçün proqram toplusu. Bakl, 2006
- Geodeziya və xəritəçilik mühəndisliyi bakalavr pilləsi üçün proqram toplusu. Bakı, 2018
- Geodeziya və xəritəçilik magistr pilləsi üçün proqram toplusu. Bakı, 2018
Hesabatlar
- Geodeziya və kartoqrafiya kafedrasının 2015-2017-ci illər üzrə elmi hesabat
- 2017-ci il üçün Elmi hesabat.
Əlaqə
Ünvan: akademik Zahid Xəlilov küçəsi - 23
Indeks: AZ 1148
BDU, Əsas bina, Coğrafiya fakültəsi
Geodeziya və kartoqrafiya kafedrası
tel: (99412)- 538-01-70


