DEKAN
Coğrafiya fakültəsinin dekanı, dosent, Məmmədova Şəkər İdayət qızı 1990-cı ildə BDU-nun Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə «Gəncə şəhəri və şəhər ətrafı ərazilərin hava hövzəsinin antropogen çirklənməsinin tədqiqi və proqnozlaşdırılması» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1996-cı ildən «Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə» kafedrasında işləyir, 2003-cü ildə «dosent» elmi adı almışdır. Şəhərlərin ekoloji problemləri ilə məşğuldur.
Bakalavr pilləsində «Biocoğrafiya», «Ekologiya və ətraf mühiti mühafizə», «Şəhərlərin ekologiyası», «Ətraf mühitə nəzarət sistemi» fənlərini tədris edir. 80-yə yaxın elmi əsərin, 3 tədris proqramının, 1 metodiki göstərişin müəllifidir.
Hazırda «Azərbaycanın iri şəhərləri atmosferinin çirklənməsinin ekocoğrafi problemləri» mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. 1999-cu ildən fakültədə elmi işlər və magistratura üzrə dekan müavini vəzifəsində calışıb. 2017-ci ildən Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışır. Fakültədə tədris olunan fənn proqramlarının tərtibi və nəşr etdirilməsində, tədrisin təşkilində, eləcə də elmi konfransların keçirilməsində və universitetin tədbirlərində fəal iştirak edir.


