Tələbə Həmkarlar İttifaqı Komitəsi
Coğrafiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi Bakı Dövlət Universiteti Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkib hissəsi kimi bakalavr, magistr və doktorant kollektivini özündə birləşdirən, dövlət qeydiyatından keçmiş ictimai tələbə təşkilatıdır. Coğrafiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi öz təşkilati fəaliyyətini demokratik prinsiplər əsasında qurmuşdur: fikirlərin ümumiliyi və hüquqların bərabərliyi; təşkilatın hər bir üzvünün fikirinə hörmət; ilk təşkilatların özünüidarəetmədə müstəqilliyi və s. Coğrafiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi eyni zamanda fakültənin idarə olunmasında yaxından iştirak edir. Belə ki, təşkilatın sədri Fakültə Elmi Şurasının tam hüquqlu üzvüdür. Fakültədə tələbələrlə bağlı bütün məsələlərdə təşkilatın rəyi nəzərə alınır. Qeyd edək ki, bunula əlaqədar hörmətli rektorumuz cənab Elçin Babayevin xüsusi əmri də vardır.
Tələbə Həmkarlar Təşkilatına qəbul olmaq çox sadədir. Təşkilatın əsasnaməsini qəbul edən BDU-nun hər bir tələbəsi BDU ATHİK-nin üzvü ola bilər. Təşkilatın üzvü aşağıdakı hüquqlara malikdir:
-təşkilatın rəhbər orqanlarını seçmək və seçilmək;
-təşkilatın fəaliyyətinə aid olan məsələlərin müzakirəsində sərbəst iştirak etmək;
-təşkilatın müdafiəsindən istifadə etmək;
-təşkilat tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək;
-təşkilata üzvlüyünü dayandırmaq və təşkilatdan çıxmaq.
Təşkilatın üzvləri əsəsnamənin müddəalarına əməl etməyə və rəhbər orqanların qərarlarını yerinə yetirməyə borcludurlar. Əks təqdirdə, onlar idarə heyəti və ya yerli təşkilatlar tərəfindın təşkilata üzvlükdən azad oluna bilərlər. Coğrafiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi imtahan sessiyalarının gedişində yaxından iştirak edir. Coğrafiya fakültəsi Tələbə Həmkarlar Təşkilatının ən mühüm fəaliyyəti odur ki, gündəlik qayğılarına qapalıb qalan istedadlı tələbəni gündəmə gətirir, onu ictimai fəaliyyətə cəlb edir. Həmin tələbəni mühüm elmi-ictimai bacarıq vərdişlərinə yiyələndirən təşkilat onu universitetin ən ali müstəvisinə qədər aktuallaşdırır. Təşkilat tələbələrin sosial məsələləri ilə yaxından məşğul olmaqla bərabər, həm də onların asudə vaxtlarının səmərəli keçməsi üçün müxtəlif elmi, ədəbi – bədii tədbirlər təşkil edir. Coğrafiya fakültəsi Tələbə Həmkarlar Təşkilatı tələbələr arasında əməkdaşlıq ruhunun bərqərar olması , sosial ədalət prinsipinə əməl edilməsi, tələbələrin hüquqlarının qorunması, müəllimlərlə tələbələr arasında münasibətlərin tənzimlənməsi və s. istiqamətlərdə də işlər görür.
Təşkilatın əsas fəaliyyəti:
Komitənin fəaliyyəti 5 əsas prinsip üzərində qurulmuşdur:
1. Tələbələrin elmə və biliyə olan marağının artırılması
Bu istiqamətdə vaxtaşırı THİK-nın təşkilatçılığı ilə elmi, elmi-praktik konfranslar keçirilir, elmi müddəalara əsaslanan və sanballı elmi nəticələri ilə seçilən məqalə sahibləri diplomlarla mükafatlandırılırlar. Bu yaxınlarda «Ekologiya ili» çərçivəsində keçirilən “Ekoloji problemlər: yaranma səbəbləri və həll yolları” adlı elmi-praktik konfrans bunun bariz nümunəsidir.
2. Cismən və ruhən sağlam gəncin formalaşması
“Sağlam bədəndə sağlam ruh” prinsipini əsas tutaraq müxtəlif idman növlərində - futbol, basketbol, voleybol və s. yarışlar keçirilir. Bu tədbirlər həm sağlam gənclərin yetişdirilməsində, həm də onların zərərli vərdişlərdən uzaq olmasında köməklik göstərməklə yanaşı, çox ciddi problem olan məşğulluq məsələsində də önəmli bir addımdır.
3. Tələbələrə sosial dəstək
Məlumdur ki, Bakı Dövlət Universitetində təhsil alan tələbələr arasında aztəminatlı, qaçqın və şəhid ailələrindən olan gənclər böyük pay təşkil edir. Onlara maddi dəstək vermək üçün Komitə müəyyən işlər yerinə yetirir. Məsələn, yataqxana probleminə görə təqribən 30 tələbəyə kirayə pulu, 50 tələbəyə universitet yeməkxanasında pulsuz nahar yeməkləri üçün talon verilir. Bununla belə, maddi çətinliyə düşən və THİK-ya müraciət edən tələbələrə də fərdi qaydada köməklik göstərilir. Qeyd etmək lazımdır ki, bu məsələlərdə daha çox əlaçı tələbələrə üstünlük verilir. Bunlarla yanaşı, dövlət təqaüdü almayan, lakin əlaçı olan bir neçə tələbə həvəsləndirici təqaüdə layiq görülüb.
4. Vətənpərvərlik ruhunun formalaşdırılması və gənclərin milli dəyərlərimizə hörmətlə yanaşması uğrunda görülən işlər
Bu istiqamətdə görülən işlər arasında ən yadda qalanı Novruz şənlikləri olub. 17 fakültənin hər birinin böyük həvəslə ərsəyə gətirdiyi Novruz guşələrində böyük tarixi əhəmiyyət daşıyan Bahar bayramının keçirilməsi ilə bağlı olan bütün adət və ənənələr öz əksini tapır.
5. Ünsiyyətli gəncin yetişdirilməsi
Ölkənin gələcəyi olan gənclərin dövlətimizi layiqincə təmsil etmələri üçün rahat ünsiyyət yaratmaları, fikirlərini sərbəst ifadə etmələri şərtdir. Bu baxımdan THİK tərəfindən müxtəlif mövzularda keçirilən debat və disputlar böyük önəm daşıyır.
Məhz bu beş prinsipin vəhdəti uğurlu nəticə verir. Bunu dərk edən Komitə heç bir istiqamətdə işlərin axsamasına şərait yaratmır.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin Coğrafiya fakültəsi üzrə sədri:
- Abdulalimov Asif Şaiq oğlu
Müavinlər:
- Bayramov İmran Azər oğlu
- Həsənova Aydan Həsən qızı
- Şıxıyeva Leyla Rahib qızı
Əlaqə:
Facebook:
https://www.facebook.com/bduthik20/ ( BDU üzrə )
https://www.facebook.com/bducografiya ( Fakültə üzrə )
Instagram:
https://www.instagram.com/bdu.thik/ ( BDU üzrə )
https://www.instagram.com/bdu_thik_cografiya/ ( Fakültə üzrə )
https://www.instagram.com/bducografiya/ ( Fakültə üzrə )
E-mail:
[email protected] ( BDU üzrə )
[email protected] ( Fakültə üzrə )


