XARİCİ ÖLKƏLƏRİN İQTİSADİ, SOSİAL COĞRAFİYASI VƏ TURİZM KAFEDRASI

Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası kafedrası 1960-cı ildə təsis edilmişdir. 2004-cü ildən Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrası adlanır. 1960-cı ildən 1980-cı ilədək kafedraya görkəmli coğrafiyaşünas alim, professor Hadı Bədəl oğlu Əliyev rəhbərlik etmişdir. Prof.H.B.Əliyevin kafedraya rəhbərlik etdiyi dövrdə elmi-pedaqoji kadr hazırlanması, elmi-tədqiqat və tədris - metodiki işlərin təşkilində, ali və orta məktəb dərsliklərinin yazılmasında mühüm işlər görülməklə yanaşı Azərbaycan Coğrafiya Cəmiyyətinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsində, respublikanın ictimai-siyasi həyatında böyük xidməti olmuşdur. O, 1979-cu ildə «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür.

1980-1989-cu illərdə kafedraya c.e.n., dos.Aydın İsmayıl oğlu İbrahimov rəhbərlik etmişdir. Həmin dövrdə kafedranın kadr potensialı artırılmış, iki nəfər elmlər namizədi dissertasiya müdafiə etmişdir (R.İ.Abbasov, H.B.Soltanova). 1980/1981-ci tədris ilindən 1990-cı ilədək kafedrada «Diyarşünaslıq və turizm – ekskursiya işinin təşkili» üzrə mütəxəssis hazırlığı, 1986-1987-ci illərdə isə A.İ.İbrahimovun rəhbərliyi ilə respublikada turizm sektorunun inkişafı məqsədilə tədqiqat işləri aparılmışdır. 1990-cı ildən c.e.d. A.İ.İbrahimov Türkiyənin qabaqcıl ali məktəblərində fəaliyyət göstərir. Monoqrafiya, dərs vəsaitləri, regional inkişaf problemlərinə dair çoxsaylı məqalələrin müəllifidir.

1989-1992-ci illərdə kafedraya c.e.n. prof. Cabir Ağali oğlu Məmmədov rəhbərlik etmişdir. O, kadr potensialını genişləndirmək məqsədilə kafedraya 2 nəfər dəvət etmişdir(c.e.d. prof.M.A.Abramov, c.e.n.dos.E.B.Nuriyev) . C.Məmmədov Yaxın vaə Orta Şərq regionunun iqtisadi, sosial və siyasi coğrafiyasının öyrənilməsində mühüm işlər görmüşdür. Həmin dövrdə kafedrada 2 dərslik , 4 monoqrafiya, fənn proqramları və metodik göstərişlər, 30 məqalə nəşr edilmişdir.

1992-1996-cı illərdə kafedrada müdür vəzifəsini c.e.n.dos.Gülsabah Abdul qızı Hacıyeva icra etmişdir.

1996-cı ildən 2022-ci ilə qədər kafedranın müdiri c.e.n. dos.Həbibə Bayraməli qızı Soltanova olmuşdur. 2022-ci ildən kafedraya İbrahimov Aydın İsmayıl oğlu rəhbərlik edir. Kafedrada 2001-ci ildən «Turizm və sosial-mədəni servis xidməti» ixtisası üzrə mütəxəssis hazırlanır. Bakalavr və magistratura təhsil pəllələri üçün tədris proqramları, metodik göstərişlər, azərbaycan dilində dərslik və dərs vəsaitləri nəşr olunmuşdur. 1997-ci ildən magistr təhsil pilləsində kafedra 2 istiqamətdə – «Ölkəşünaslıq və beynəlxalq turizm», «Dünyanın iqtisadi və sosial coğrafiyası», 2004-cü ildən isə «Turizm və sosial-mədəni servis xidməti» ixtisası üzrə magistr hazırlığına başlanılmışdır.

Kafedra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Turizm İnstitutu ilə əlaqələr saxlayır. Kafedra əməkdaşları, aspirant, tələbə və magistrantlar onların turizmmlə bağlı bütün tədbirlərində işitirak edir. Turizm ixtisası alan bəzi tələbələr yay istehsalat təcrübəsini xarici ölkələrdə (ABŞ, Türkiyə, Kipr) keçirlər. Kafedranın Balıkesir və Çanakkala Universitetləri, Ankarada Türksoy Mərkəzilə əlaqələri vardır.

Kafedranın elmi istiqamətləri:

 

«Azərbaycan Respublikasında turizmin inkişafının perspektivləri və regional problemlər».

Coğrafiya və turizm sahəsində elmi kadrların hazırlanması

Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası, turizm və onun Azərbaycanda regional inkişafı.

«Turizm və otelçilik» ixtisasında fənnlər azərbaycan və ingilis dillərində tədris edilir. «Coğrafiya» və «Coğrafiya müəllimliyi» ixtisaslarında fənnlər azərbaycan və rus dillərində tədris edilir.

Kafedranın əməkdaşları:

Tədris olunan əsas fənlər :
Bakalavr pilləsi :
Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası
Peşə etikası və etiget qaydaları
Turizm və marketinq
Turizmin əsasları
Turizm və biznes
Rekreasiya coğrafiyası
Turizmin hüquqi əsasları
Diyarşünaslıq və turizm
Beynəlxalq turizmin tarixi və coğrafiyası
Beynəlxalq turizmin iqtisadiyyatı
Turist marşrutları və ekskursiya işi.
Turizm və mehmanxana təsərrüfatı
Azərbaycanda turizm və onun inkişaf problemləri
Azərbaycanın kurort təsərrüfatı
Turizmdə menecment
Turizmdə informasiya texnologiyası

Magistratura pilləsi :
Turizmin problemləri
Azərbaycanda mehmanxana təsərrüfatı
Turizmdə reklam
Turizm-ekskursiya işinin təşkili metodikası
Ölkəşünaslığın nəzəri əsasları
Beynəlxalq turizmin coğrafiyası
Dünyanın kurortları
Beynəlxalq turizmin təşkili və iqtisadiyyatı
Turizm coğrafiyasının əsasları
Dünyanın iqtisadi və sosial coğrafiyasının nəzəri əsasları
Qərb ölkələrinin iqtisadi və siyasi coğrafiaysı
Dünya sənayesinin coğrafiyası
Dünya maşınqayırma sənayesinin coğrafiyası
Yaxın və Orta Şərq ölkələrinin siyasi, iqtisadi və sosial problemləri

Kafedranın elmi istiqamətləri :
Azərbaycan Respublikasında turizmin inkişafının perspektivləri və regional problemlər.
Coğrafiya və turizm sahəsində elmi kadrların hazırlanması

Kafedranın son illərdəki elmi nəşrləri :
Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası, Bakı, 2002
Məmmədov C.A.Avrasiyanın İslam dövlətləri. Dərs vəsaiti. Bakı,2000
Məmmədov C.A., Rəhimov S.H.Turizm və onunla əlaqəli sahələrdə işlədilən termin və anlayışların izahlı lüğəti. Bakı, 2000
Məmmədov C.A., Gərayzadə T.P. Qərbi Avropa dövlətləri. Dərs vəsaiti. Bakı, 2001
Məmmədov C.A. Geosiyasət. Dərs vəsaiti. Bakı, 2005
Soltanova H.B., Ağakərimov M.M., Babazadə S.İ.Mehmanxana təsərrüfatı. Bakı, 2005
Məmmədov C.A., Bilalov B.Ə. Azərbaycanda gəlmə turizm və onun inkişaf yolları, Bakı, 2004
Soltanova H.B., Hüseynova Ş.H. – «Turizmin əsasları». Dərs vəsaiti, Bakı, 2007

Məmmədov N.G. – «Toponimika». Dərslik, Bakı, 2007

Soltanova H.B. - Azərbaycanda turizm və onun inkişafı. Monoqrafiya, Bakı, 2015

Soltanova H.B. - Turizmin əsasları, Bakı, 2015

Kafedarya aid elektron dərsliklər

Otel

Kafedranın Elmi hesabatları

Kafedranın hesabatı (2006-2008)

Əlaqə

Ünvan: akademik Zahid Xəlilov küçəsi - 23
Indeks: AZ 1148
BDU, Əsas bina, Coğrafiya fakültəsi
Xarici ölkələrin iqtisadi - siyasi coğrafiyası və turizm kafedrası
tel: (012) 510-09-74

Bookmark and Share