Səkinə Zülfüqarova Məşədi Ağa qızı
Coğrafiya elmlər namizədi , Böyük laborant
İş telefonu: +(994) 12 510 09 74
QISA BİOQRAFIK MƏLUMAT
15 sentyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuşam, 1986-cı ildə ADU (indiki BDU)-nun Coğrafiya fakültəsini bitirmişəm. 1982-cı il tarixindən BDU-nun Geologiya-coğrafiya fakültəsində laborant vəzifəsində işləmişəm. 1988-ci ildən həmin fakültədə Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasında baş laborant vəzifəsində çalışıram. 2008-ci ildə Turizm ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişəm. Ailəlidir, 2 övladı var.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1986, tələbə, Azərbaycan Dövlət Universiteti,Coğrafiyaçı, Coğrafiya muəllimi
- 2008-ci ildə Turizm ixtisası üzrə «Abşeron regionunun turizm- rekreasiya ehtiyatları və onlardan istifadənin coğrafi məsələləri»
ƏMƏK FƏALİYYƏTİ
- 1982, Böyük laborant, Bakı Dövlət Universiteti
- Apardığı dərslər: Azərbaycanın turizmi və onun inkişafı, Turizm ehtiyatları, Turizmin hüquqi əsasları, Siyasi və iqtisadi coğrafiya, Türkiyənin iqtisadiyyatı
- 30 elmi əsəri var
TƏDQİQAT SAHƏSİ
- Turizm, iqtisadi coğrafiya, dünya iqtisadiyyatı
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2017, Ümummilli lider H.Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş strateji yol xəritələri və coğrafi tədqiqatlar mövzusunda Respublika Elmi-praktiki konfrans
- 2016, Azərbaycan Respublikasında demoqrafik inkişaf: Əhali məskunlaşmasının perspektivləri və regional problemləri elmi konfransı
- 2013, Ümummilli lider Heydər Əliyevin anadan olmasının90 illik yubileyinə həsr olunmuş «Heydər Əliyevin və Azərbaycanda coğrafiya elminin inkişafı» mövzusunda Respublika Elmi konfrans
- 2012, Prof. M.A.Müseyibovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans
- 2011, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə və müasir Azərbaycan dövlətçiliyinin 93 illiyinə həsr edilmiş Beynəlxalq konfrans
- 2011, «Turizm ili»nə həsr olunmuş «Azərbaycanda turizmin inkişafı və regional problemlər» konfrans
- 2010, «Turizm və rekreasiya: problemlər və perspektivlər» III respublika elmi-praktiki konfrans
- 2008, Ümummilli liderimiz müstəqil Azərbaycan Dövlətinin qurucusu H.Ə.Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans materialları.
- 2008, Akad. B.Ə Budaqovun anadan olmasmın 80 və elmi-redaqoji fəaliyyətinin 60 illik yubileyinə həsr olunmuş konfrans
- 2008, «Turizm və rekreasiya: problemlər və perspektivlər» II respublika elmi-praktiki konfransı
- 2007, Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya. İqtisadi və Beynəlxalq münasibətlər. II Beynəlxalq Konqres
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- 2018, Strateji-yol xəritəsi və Aran iqtisadi rayonunda kurort-sağlamlıq turizminin potensial imkanlarının müasir vəziyyəti
- 2017, Şəhər rekreasiya sisteminin bəzi problemləri
- 2016, Abşeronun təbiət və mədəni – irs abidələrinin turizmin inkişafında rolu
- 2015, Macarıstanda Xaydusoboslo rayonu ilə Azərbaycanın Qəbələ rayonlarında turizmin müqayisəli xarakteristikası
- 2015, Abşeron regionunda turizm marşrutları və onlardan istifadə imkanları
- 2013, Azərbaycan və İsrail ölkələri arasında turizm əlaqələri
- 2012, Abşeronun turizm-rekreasiya ehtiyatlarından istifadə imkanları
- 2011, Turizmin inkişafında nəqliyyat sisteminin rolu
- 2011, Bakı şəhərində turizmin inkişafının yeni mərhələsi
- 2010, Azərbaycan İran İslam Respublikasının Xəzər dənizi sahillərindən turizm məqsədilə birgə istifadə imkanları
- 2010, Abşeronun hidrometeoroloji şəraitinin regionun turizm təsərrüfatına təsiri
- 2009, Azərbaycanın Xəzər dənizi sahili boyu çimərliklərindən səmərəli istifadəsi
- 2008, Xəzər dənizinin səviyyə tərəddüdlərinin Azərbaycanın çimərlik turizminə təsi
- 2008, Azərbaycanda turizmin inkişafında reklamın rolu
- 2008, Abşeronun turizm imkanlarından səmərəli istifadə olunmalıdır
- 2008, Abşeron dünyanın tanınmış turist mərkəzinə çevriləcəkdir
- 2007, Xəzər dənizinin Azərbaycan sektorundakı adalarının turizmdə istifadə imkanları


