COĞRAFİYA FAKÜLTƏSİNİN DEKAN MÜAVİNLƏRİ

Tədris işləri üzrə dekan müavini – Cəbiyev Eltac Zakir oğlu

Tel.: (+99412) 539 09 74
E-mail: eltaccabiyev@bsu.edu.az

1995-ci il yanvar ayının 11-də Yardımlı rayonu Çay-üzü kəndində anadan olub. 2001–2012-ci illərdə Yardımlı rayon Nizami Cəbiyev adına Çayüzü kənd tam orta məktəbində təhsil almışdır.

2012–2016-cı illərdə Bakı Dövlət Universitetində, 2016–2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 2020–2023-cü illərdə AMEA akademik H. Əliyev adına Coğrafiya İnstitutunda təhsil almışdır. 2021-ci ildən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində müəllimdir.

Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini – Məmmədov Qoşqar Vətən oğlu

Tel.: +(994) 12 538 08 92
E-mail: qoshqarmammadov@bsu.edu.az

1973-cü il iyulun 3-də Göyçay şəhərində anadan olub. 1980–1990-cı illərdə Bakı şəhərinin 157 saylı orta məktəbində oxuyub. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. 1995–2007-ci illərdə BDU-nun “İqtisadi və sosial coğrafiya”, 2007-ci ildən isə “Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası” kafedrasında çalışır.

Apardığı dərslər: “Əhali coğrafiyası demoqrafik əsaslarla”, “Azərbaycanın iqtisadi və sosial coğrafiyası”, “Geourbanistika”. 35 elmi məqalə və tezisin, 1 dərsliyin müəllifidir.

Bookmark and Share