AZƏRBAYCAN COĞRAFİYASI VƏ COĞRAFİYANIN TƏDRİSİ METODİKASI
Coğrafiya fakültəsinin strukturuna daxil olan ən gənc kafedra kimi 2007-ci ilin mart ayında yaradılmış və kafedra müdiri vəzifəsinə prof. Vüsət Əmir oğlu Əfəndiyev seçilmişdir.O, 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir.1985-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2007-ci ildə professor elmi adı almışdır.
Professor V.Ə.Əfəndiyev sosial-iqtisadi və siyasi coğrafiya sahəsində tanınmış alimdir. Onun elmi-tədqiqatlarının əsas istiqaməti urbanizasiyanın inkişaf qanunauyğunluqları, nizamlanması, mürəkkəb şəhər mühitinin anatomiyası, potensial imkanları və proqnozlaşdırılmasıdır.Professor V.Ə.Əfəndiyev 2009-cu ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür və “Qabaqcıl Təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
2019-cu ilin mart-iyul aylarında kafedraya prof. İsmayılov Çingiz Niyaz oğlu rəhbərlik etmişdir.O,1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsində təhsil almışdır.1983-cü ildə “Azərbaycanda neft-qazkimya kompleksinin coğrafi problemləri”mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir.2004-cü ildə “Xəzəryanı regionda neftqazkimya kompleksinin ərazi təşkilinin əsas problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 2010-cu ildə professor elmi adı almışdır.
2019-cu ilin iyul ayında dos. Nağıyev Saleh Qasım oğlu “Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası” kafedrasının müdiri vəzifəsinə seçilmişdir.1973-cü ildə Lenin adına APİ-ni,1980-1984-cü illərdə Cersten adına Lelinqrad Dövlət Pedaqoji institutunun aspirantura şöbəsini,1987-ci ildə A.Jdanov adına Leninqrad Dövlət Universitetində coğrafiya elmləri namizədlik dissertasiyası müdafiə edib,1989-cu ildə N.Vozisenski adına Leninqrad Dövlət Maliyyə -İqtisadi İnstitutuna daxil olub və 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Dosent Nağıyev Saleh Qasım oğlu 140-dan çox elmi məqalələrin müəllifi,30-dan çox dərs programlarının,2 monoqrafiyanın,Azərbaycanda ilk dəfə azərbaycan və rus dillərində yazılan “Əhali coğrafiyası”,”Geourbanistika” və “Azərbaycan iqtisadi və sosial coğrafiyası” dərsliklərinin azərbaycan və rus dillərində,”Əhali coğrafiyası” praktiumunun müəllifidir.
Dosent Nağıyev Saleh Qasım oğlu “Azərbaycanın əhalisinin iqtisadi-coğrafi problemləri” mövzusunda yazdığı doktorluq işi müdafiəyə hazırdır.
Kafedranın əsas elmi istiqaməti müasir dövrdə Azərbaycanın kiçik və orta şəhərlərində yaranmış problemlərin inkişaf xüsusiyyətləri və tənzimlənməsi yollarıdır. Əhali məskunlaşması və miqrasiya problemləri, Torpaqların mənşəyi və coğrafi yayılması, Coğrafiyanın tədrisi metodikası, Xidmət sahələrinin coğrafiyası, Azərbaycanın şəhərlərinin iqtisadi-coğrafi problemləri, Əhali məskunlaşması problemi sahəsində tədqiqatlar aparılır.
Kafedra Lomonosov adına Moskva Dövlət Universiteti,Sankt-Peterburq Dövlət Universiteti,Kiyev Dövlət Universiteti,Baltika Federal Universiteti,Ruminyanın Konstansiya Universiteti, Türkiyə və İran İslam Respublikasının bir sıra ali məktəbləri və elmi mərkəzləri ilə ənənəvi əlaqə yaradıb, elmi kadr hazırlığı, təcrübə mübadiləsi və s. istiqamətlərdə birgə iş aparır.
2015-2019-cu illərdə kafedra əməkdaşları tərəfindən 5 monoqrafiya, 5 metodik vəsait, 350-dən çox elmi məqalə və tezis çap etdirilib.
Kafedra bakalavriatura pilləsində coğrafiya və coğrafiya müəllimliyi ixtisasları, magistratura pilləsində Azərbaycanın fiziki coğrafiyası,Azərbaycan və onunla qonşu ölkələrin sosial-iqtisadi coğrafiyası və Coğrafiyanın tədrisi metodikası və metodologiyası ixtisasları üzrə fəaliyyət göstərir.


