HİDROMETEOROLOGİYA KAFEDRASI

Hidrometeorologiya kafedrası 1973-cü ildə Fiziki coğrafiya kafedrasının bazasında yaradılmışdır. Buna baxmayaraq Azərbaycanda hidrologiya, meteorologiya və iqlimşünaslıq, okeanologiya ixtisasları üzrə milli kadrlara böyük ehtiyac olduğundan, artıq 1971-ci ildən BDU-nun coğrafiya ixtisasına qəbul olunmuş tələbələrdən ixtisaslaşma yolu ilə hidrometeoroloq kadrların hazırlığına başlanılmışdır.

Kafedraya 1973-1990-cı illərdə c.e.n., prof. Nə­riman Adil oğlu Vəliyev, 1990-2004-cü il­lərdə c.e.d., prof. Maqbet Ədil oğlu Məm­mə­dov rəhbərlik etmişlər. 2004-cü ildən c.e.d., prof. Fərda Əli oğlu İmanov kafedra müdiri və­­zifəsində çalışır. 1992-ci ildən BDU-da çalı­şan prof. F.Ə.İmanovun elmi fəaliyyətinin əsas is­tiqaməti dağ çaylarının minimal axımı­nın mə­kan-zaman qanunauyğunluqlarının aş­­kar edil­məsi və hesablanma üsullarının iş­lən­­məsi, Kür və Araz çaylarının illik axımının təbii və an­tropogen transformasiyasının qiy­mət­­lən­di­ril­­məsidir. O, 2002-ci ildən başlayaraq, Cənubi Qafqazda Kür hövzəsi çaylarının öy­­rənilməsi ilə bağlı həyata keçirilən bir neçə re­gional layihənin milli əlaqələndiricisi və eksper­ti olmuşdur. 2005-ci ildən UNESCO-nun Bey­nəl­xalq Hidroloji Proqram üzrə Azərbaycan Milli Komitəsinə sədrlik edir.

Əvvəllər Hidrometeorologiya kafedrasında bakalavriat pilləsində Hidrometeorologiya ixtisasının Hidrologiya, Meteorologiya və iqlimşünaslıq və Okeanologiya, magistratura pilləsində isə Hidrologiya, İqlimşünaslıq və Fiziki okeanoqrafiya ixtisaslaşmaları üzrə mütəxəssis hazırlanırdı. 2014-cü ildən isə tələbələr bakalavriat pilləsində yalnız bir ümumi Hidrometeorologiya ixtisası üzrə təhsil alırlar. 2016-cı ildən magistratura pilləsində yeni ixtisaslaşma Su ehtiyatlarının integrasiyalı idarə edilməsi ixtisası üzrə mütəxəssis hazırlığına başlanıldı.

Kafedranın əsas elmi istiqamətləri – çay axımının əmələgəlmə şəraitinin təd­qi­qi və Azər­baycanın su ehtiyatlarının qiymət­lən­dirilməsi və su ehtiyatlarının idarə olunması; Azərbaycanda iqlim dəyişmələri və onların çay axımının müxtəlif ünsürlərinə təsirinin təd­qiqi; Xəzərin hidrometeorologiyası və ekoloji və­ziyyətinin tədqiqi; Azərbaycanın aqroiqlim ehtiyatlarının öyrənilməsidir.

Kafedranın Rusiya Dövlət Hidrometeorologiya Universiteti, Polşanın Vroslav şəhərinin Ətraf Mühit və İnsan Həyatı Universiteti və Tbilisi Dövlət Universiteti ilə sıx əlaqələri var.

Kafedranın müəllimləri Avropa Komissiyasının TACIS proqramı, BMT-nin İnkişaf Proqramı, USAID və Avropa Birliyinin Cənubi Qafqazda həyata keçirdikləri beynəlxalq su layihələrində ekspert kimi iştirak etmişlər. Kafedranın 3 magistrantı NATO-nun Beynəlxalq su layihəsinin təqaüdçüləri olmuşlar.

Kafedra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı olan departamentləri, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, Azərsu ASC, AMEA-nın Coğrafiya İnstitutu ilə sıx əməkdaşlıq edir.

Kafedrada akademik Ramiz Mahmud oğlu Məmmədov, professorlar – Fərda Əli oğlu İmanov, Rza Nadir oğlu Mahmudov, Əsgər Səməd oğlu Məmmədov; dosentlər – c.e.n. Sabir Mə­həmməd oğlu İsgəndərov, İmran Məmmədəli oğlu Abdullayev, İradə Sabir qızı Əliyeva, Ələk­bər Əliş oğlu Həsənəliyev; c.f.d. Aytən Ağarəhim qızı Quliyeva, c.f.d. Nailə İmran qızı Həsənova, Məlahət Musa qızı Məhərrəmova, Anar Ataxan oğlu Nuriyev və Aytən Rüfət qızı Məhərrəmova çalışırlar.

Kafedranın inki­şa­fı və kadr hazır­lı­­­ğında dünyalarını də­­­yişmiş prof. Maqbet Məmmədov, dos. Vilayət Nadirov, dos. Böyükağa Məm­­mədov, dos. Ba­­­ğır Məm­mədov, dos. Ab­bas Hüm­bə­tov və prof. Hə­sən Fə­tul­la­yevin fəa­liy­yət­ləri xüsusi qeyd edil­məlidir.

Son 7 ildə kafedra əməkdaşları 10 dərslik, 2 dərs vəsaiti, 2 monoqrafiya, 1 metodik vəsait, 100-dən artıq elmi məqalə və tezislər, 32 fənn proqramı çap etdirmişlər.

Kafedranın professor-müəllim heyəti tədris prosesi ilə yanaşı aktiv elmi fəaliyyətlə məşğul olurlar. Son 6 ildə kafedranın 1 müəllimi doktorluq dissertasiyası, daha 10 nəfər isə (2 nəfəri İran vətəndaşı olmaqla) coğrafiya üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya müdafiə etmişdir.

Bookmark and Share