Hidrometeorologiya kafedrasının tarixi


Azərbaycanda hidrologiya, meteorologiya və iqlimşünaslıq, okeanologiya ixtisasları üzrə milli kadrlara böyük ehtiyac oldüğündan, BDU-nun coğrafiya ixtisasına qəbul olunmuş tələbələrdən 1971-ci ildən ixtisaslaşma yolu ilə hidrometeoroloq kadrların hazırlığına başlanmışdır.

1973-cü il-də Fiziki-coğrafiya kafedrasının bazasında Hidrometeorologiya kafedrası təşkil edilmiş və c. e n., prof. Nəriman Adil oğlu Vəliyev həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir.

1990-cı ildən 2004-cü ilə qədər kafedraya c.e.d., prof. Maqbet Ədil oğlu Məmmədov rəhbərlik etmişdir. O, çay axımının müxtəlif ünsürlərinin hesablanma üsullarını işləmiş, onların məkan-zaman dəyişgənliyinin qanunauyğynluqlarını aşkar etmişdir. 150-dən artıq elmi əsərin müəllifi olan M.Ə.Məmmədov elmi məktəb yaratmış və o, 4 elmlər doktoru, 5 elmlər namizədi yetişdirmişdir.

1991-1992-ci tədris ilindən «Meteorologiya və iqlimşünaslıq» və okeanologiya ixtisasları Universitetin nomenklaturasına daxil edilmiş və kafedra Milli Hidrometeorologiya Departamentinin, AZAL-ın meteoroloji qurumlarının gənc mütəxəssislərlə təmin edilməsində böyük rol oynamışdır.

2004-cü ildən kafedraya c.e.d.,prof. Fərda Əli oğlu İmanov rəhbərlik edir. Kafedrada yüksək ixtisaslı kadrların hazırlınmasına böyük diqqət yetirilir.Kafedranın əməkdaşlarından 3 nəfər doktorluq, 2 nəfər isə namizədlik dissertasiyası müdafiə etmişdir. Daha 4 aspirant və dissertant da namizədlik dissertasiya işlərini uğurla yerinə yetirmişlər. Hazırda kafedranın 5 aspirantı və 3 dissertantı var.


Kafedra müdirləri və onların kafedraya rəhbərlik etdiyi illər

Hidrometeorologiya kafedrası 1973-cü ildə təşkil edilmişdir. 1973-cü ildən 1990-cı ilədək kafedraya coğrafiya elmləri namizədi, professor Nəriman Adil oğlu Vəliyev rəhbərlik etmişdir. Prof. N.A. Vəliyev kafedraya rəhbərlik etdiyi dövrdə elmi-pedaqoji kadr hazırlığı, elmi-tədqiqat və tədris – metodiki işlərin təşkili, ali məktəb dərsliklərinin yazılması kimi mühüm işlərin yerinə yetirilməsiylə yanaşı, kafedranın fəaliyyətinin effektiv idarə olunmasında respublikanın ictimai-siyasi həyatında böyük xidməti olmuşdur.


1990-2004-cü illərdə kafedraya c.e.d., prof. Maqbet Ədil oğlu Məmmədov rəhbərlik etmişdir.

Həmin dövrdə kafedranın kadr potensialı genişlənmişdir. O, çay axımının müxtəlif ünsürlərinin hesablanma üsullarını işləmiş, onların məkan-zaman dəyikənliyinin qanuna-uyğynluqlarını tədqiq etmişdir. 150-dən artıq elmi əsərin müəllifi olan M.Ə.Məmmədov elmi məktəb yaratmış və o, 4 elmlər doktoru, 5 elmlər namizədi yetişdirmişdir.

Prof. M.Ə.Məmmədov dərslik və dərs vəsaitləri, bir neçə metodiki göstəriş və fənn proqramları, monoqrafiyalar nəşr etdirmişdir. O, 1997-ci ildən YUNESKO-nun Beynəlxalq Hidroloji Proqram üzrə Azərbaycan Milli Komitəsinin sədri idi və ömrünün sonuna qədər bu vəzifədə işləmişdir.

2004-cü ildə Rusiya Su Təsərrüfatı Akademiyasına üzv seçilmişdi.


2004-cü ildən kafedraya c.e.d., prof. Fərda Əli oğlu İmanov rəhbərlik edir.

Elmi fəaliyyəti əsasən su ehtiyatları və onlara antropogen amillərin təsirinin qiymətləndirilməsi ilə əlaqədardır. 202 elmi əsərin müəllifidir. Rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmışdır.

Bakı Dövlət Universitetinin və Coğrafiya fakültəsinin Elmi Şuralarının, “Bakı Universitetinin Xəbərləri” jurnalının Redaksiya Heyətinin, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attes­tasiya Komissiyasının Yer Elmləri üzrə Ekspert Şurasının üzvü, UNESCO-nun Beynəlxalq Hid­roloji Proqram üzrə Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədr müavinidir. “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 

Bookmark and Share