Xəbərlər

Coğrafiya fakültəsində “Məktəb coğrafiyasında yeni konsepsiya və onun coğrafiya müəllimi hazırlığında tətbiq edilməsi” mövzusunda elmi seminar keçirilib
10/10/2025
Coğrafiya fakültəsində “Məktəb coğrafiyasında yeni konsepsiya və onun coğrafiya müəllimi hazırlığında tətbiq edilməsi” mövzusunda elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Məktəb coğrafiyasında yeni konsepsiya və onun coğrafiya müəllimi hazırlığında tətbiq edilməsi” mövzusunda elmi seminar keçirilib. Fakültə Elmi Seminarının sədri, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev seminar iştirakçılarını salamlayaraq, elmi seminarın mövzusunu iştirakçıların diqqətinə çatdırdı və seminarın işinə uğurlar arzuladı. Saleh Nağıyev orta ümumtəhsil məktəblərində…

| Ətraflı


BDU və İstanbul Universitetinin alimləri coğrafiya üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər
06/10/2025
BDU və İstanbul Universitetinin alimləri coğrafiya üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi və Türkiyənin İstanbul Universitetinin Coğrafiya bölməsinin əməkdaşları arasında onlayn görüş keçirilib. Görüşdə iki fakültə arasında elmi əməkdaşlıq, birgə layihələr, konfransların keçirilməsi və professor-müəllim heyətinin akademik mübadiləsi imkanları müzakirə olunub. Görüşdə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, dekan müavinləri Eltac Cəbiyev, Qoşqar Məmmədov, professor…

| Ətraflı


Coğrafiya fakültəsinin Elmi seminarında “Qafqaz Səddi konsepsiyasının geosiyasi istiqaməti və əhəmiyyəti” mövzusunda Ustad dərsi keçirilib
03/10/2025
Coğrafiya fakültəsinin Elmi seminarında “Qafqaz Səddi konsepsiyasının geosiyasi istiqaməti və əhəmiyyəti” mövzusunda Ustad dərsi keçirilib

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Qafqaz Səddi konsepsiyasının geosiyasi istiqaməti və əhəmiyyəti” mövzusunda Ustad dərsi keçirilib. Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov seminar iştirakçılarını salamlayaraq, elmi seminarda Ustad dərsinin mövzusunu iştirakçıların diqqətinə çatdırdı və seminarın işinə uğurlar arzuladı. Məqsəd Qocamanov müasir dövrdə Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqlar, Azərbaycan Respublikasının Cənubi Qafqazın aparıcı…

| Ətraflı


Coğrafiya fakültəsinin 8 tələbəsi BDU-nun Quba Təlim-Tədris və İstirahət Mərkəzində Yay tələbə düşərgəsində təltif edilib
11/07/2025

Coğrafiya fakültəsinin tələbələri BDU-nun Quba Təlim-Tədris və İstirahət Mərkəzində Yay tələbə düşərgəsində iştirak edib.

| Ətraflı


BDU Coğrafiya fakültəsinin tələbələrinin də üzvü olduğu komanda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsi çərçivəsində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi olub
28/06/2025

6 nəfərdən ibarət yığma komandada tələbələrimiz Varis Əhmədli, Ləman Lazımzadə və Nurqələm Hüseynov da yer alıb. İntellektual oyun zamanı iştirakçılar Qərbi Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası, tanınmış şəxsiyyətləri, folkloru və digər mövzularla bağlı sualları cavablandırıblar. 14 komandanın mübarizə apardığı “Nə? Harada? Nə zaman? intellektual oyununda BDU-nun “Evrika” komandası I, “Sərdar sarayı” komandası II, “Çuxursəd” komandası isə III yerə layiq görülüb. Qaliblər diplom,…

| Ətraflı


Coğrafiya fakültəsində növbəti elmi seminar keçirilmişdir
26/06/2025

Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin növbəti elmi seminarında Fiziki coğrafiya kafedrasının müəllimi,  c.ü.f.d Həsənəliyeva Ləman Həsən qızı “Kiçik Qafqaz vilayətində əhali məskunlaşmasının tarixi” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, Kiçik Qafqazın əlverişli təbii şəraiti və relyefin xüsusiyyətləri qədim zamanlardan burada əhali məskunlaşması üçün əlverişli şərait yaratmış və məskunlaşma prosesi intensiv gedib. Təsadüfi deyil ki, ilk insan məskunlaşması yerləri - Azıx…

| Ətraflı


Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçiriıb.
15/06/2025

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçiriıb. Tədbirin məqsədi Azərbaycan Respublikasının dövlətçilik tarixində mühüm yer tutan bu əlamətdar günün ictimai-siyasi  əhəmiyyətini gənc nəsillərə çatdırmaqdan ibarət olub.  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  Tədbiri giriş sözü ilə açıq…

| Ətraflı


BDU-da “Coğrafiya” fənni üzrə Respublika Olimpiadası keçirilmişdir
26/05/2025

BDU-da “Coğrafiya” fənni üzrə Respublika Olimpiadası keçirilib   Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında “Coğrafiya” fənni üzrə Respublika Olimpiadası keçirilib. Olimpiadanı Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov açıq elan edib. O, “Coğrafiya” fənni üzrə Respublika Olimipadasının keçirilməsini mötəbər hadisə kimi qiymətləndirib və olimpiadanın BDU…

| Ətraflı


BDU-nun Coğrafiya fakültəsi 200 nömrəli məktəb-liseydə “Coğrafiya - sirli bir dünya” adlı tədbir təşkil edib
02/05/2025

Bakı Dövlət Univerisetinin Coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti Nərminə Seyfullayeva və “Coğrafiya müəllimliyi” ixtisası üzrə pedaqoji təcrübə keçən IV kurs  tələbələrinin təşkilatçılığı ilə Bakının Nərimanov rayonunun 200 nömrəli məktəb-lisey kompleksində “Coğrafiya - sirli bir dünya” adlı tədbir keçirilib.

| Ətraflı


Coğrafiya fakültəsinin əməkdaşları geoparkların yaradılması ilə bağlı beynəlxalq tədbirdə iştirak ediblər
28/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin professor-müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Qafqazda ətraf mühit sahəsində qeyri-hökumət təşkilatları şəbəkəsinin (CENN) Şabran rayonunda təşkil etdiyi "Qafqaz geoparkları şəbəkəsi: Azərbaycanda geoparkların yaradılması imkanları" proqramının ikinci koordinasiya tədbirində iştirak ediblər. Tədbirə CENN-in nümayəndəsi Vaxtanq Koçaradze və layihənin Azərbaycan üzrə əlaqələndiricisi, Xəzər Universitetinin Ekoloji Tədqiqatlar…

| Ətraflı


“Planetimizi Kəşf Et: Film və Əyləncə Günü” adlı tədbir
28/04/2025

Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Yer Kürəsi Gününə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində "Planetimizi Kəşf Et: Film və Əyləncə Günü" adlı maraqlı tədbir keçirilib.

| Ətraflı


“Ekoloji Düşüncə və Yaşıl Gələcək” mövzusunda maarifləndirici seminar
23/04/2025

Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə I kurs Coğrafiya müəllimliyi ixtisası tələbələri üçün “Ekoloji Düşüncə və Yaşıl Gələcək” mövzusunda maarifləndirici seminar keçirildi. Seminarın moderatoru Yusubova Zəhra tələbələri ekoloji mədəniyyətin əsas prinsipləri, təbiətə qayğı və davamlı həyat tərzinin əhəmiyyəti barədə məlumatlandırdı. Tədbir çərçivəsində müasir dünyanın qarşısında dayanan ekoloji problemlər, iqlim dəyişikliyinin fəsadları, resursların düzgün idarə…

| Ətraflı


Coğrafiya fakültəsinin tələbələri zooparkda ekskursiyada olublar
22/04/2025

Coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 22 Aprel Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində fakültə tələbələrinin iştirakı ilə maarifləndirici zoopark ekskursiyası həyata keçirilib.

| Ətraflı


Coğrafiya Fakültəsinin 2024/2025-ci tədris ilində ÜOMG göstəricisi ən yüksək olan tələbələr mükafatlandırıldı
17/04/2025

2024/2025-ci tədris ilinin qış imtahan sessiyasında Coğrafiya fakültəsinin müxtəlif kurslarından ən yüksək ÜOMG (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) əldə edən tələbələr müəyyən olunub və Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov tərəfindən mükafatlandırılıb. Bu tələbələr, akademik müvəffəqiyyətləri ilə həm universitetdə, həm də cəmiyyətimizdə örnək olmuş və gələcəkdə öz sahələrində böyük uğurlara imza atacaqlarına əminik. Təhsildə əldə etdikləri yüksək göstəricilər, bu tələbələrin…

| Ətraflı


“Balakən inzibati rayonunda nəqliyyatın turizmə təsirinin qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib
17/04/2025

Coğrafiya fakültəsində növbəti Elmi seminar keçirilib. İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Orucov Polad Şəmistan oğlu “Balakən inzibati rayonunda nəqliyyatın turizmə təsirinin qiymətləndirilməsi” mövzusunda çıxış edib.

| Ətraflı


Coğrafiya fakültəsinin müəllimləri beynəlxalq 5G sertifikatına layiq görüldülər
10/04/2025

Bakı Dövlət Universitetinin (BDU) 3 müəllimi, Huawei-in Qlobal Təlim Mərkəzi tərəfindən təşkil olunmuş “HCIA-5G” proqramı çərçivəsində 5G texnologiyaları üzrə BDU-nun Keyfiyyət Təminatı Mərkəzi və İnformasiya Texnologiyaları Mərkəzinin koordinasiyası ilə keçirilən təlimləri uğurla başa vuraraq, xüsusi imtahan vasitəsilə beynəlxalq sertifikat əldə ediblər. Onlardan ikisi Coğrafiya fakültəsinin müəllimləri Eltac Cəbiyev və Polad Orucovdur. Təlim proqramı çərçivəsində iştirakçılar 5G-nin inkişafı,…

| Ətraflı


“Nə? Harada? Nə zaman?” adlı intellektual yarış
07/04/2025

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması münasibətilə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 5 aprel 2025-ci il tarixində “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış baş tutub.  Yarışın əsas məqsədi tələbələr arasında hüquqi maariflənməni təşviq etmək, dövlətçilik və suverenlik anlayışları barədə biliklərini artırmaq, eyni zamanda, onların intellektual bacarıqlarını üzə çıxarmaq və…

| Ətraflı


Tariximizin qanlı səhifəsi: 1918-ci ilin mart soyqırımı
31/03/2025

Tarix boyu soydaşlarımız Ermənistan tərəfindən dəfələrlə məqsədyönlü şəkildə etnik təmizləməyə, soyqırımına və deportasiyalara məruz qalıblar. Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxındır davam edir.

| Ətraflı


27 mart - Azərbaycanda “Elm günü”dür
27/03/2025

2018-ci il 9 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Hər il bu əlamətdar tarix ilə əlaqədar ölkəmizin ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında müasir elmin aktual problemlərinə həsr olunmuş silsilə tədbirlər - elmi konfranslar, seminarlar, simpoziumlar, mühazirələr, dəyirmi masalar keçirilir. Elmi…

| Ətraflı


Ümumdünya Su Gününə həsr edilmiş ustad dərsi
19/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun baş mühəndisi Məmməd Əsədovun 22 mart - Ümumdünya Su Gününə həsr olunmuş ustad dərsi keçirilib.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |