Xəzər Innovasiya Forumu keçirilmişdir

19/05/2009

O öz çıxışında Xəzər regionunda və xüsusən də Həştərxan vilayətində, innovasiya imkanlarını göstərə rək, Xəzəryanı ölkələrin əməkdaşlığının vacibliyini bildirdi. Forum çərçivəsində bir neçə tədbirlər, o cümlədən, innovasiya sahəsində sərgi, gənc mütəxəssislərin tədqiqatları üzrə müsabiqə, və innovasiya mövzusunda müxtəlif dəyirmi masalar keçirilmişdir. Forumun keçirilməsi yerli KİV vasitəsilə geniş şərh olunurdu. KİV nümayəndələri ilə keçirilən mətbuat konfransında prof. Çingiz İsmayılov da iştirak edirdi. Müxbirlərin prof. Ç.İsmayılova verilən sualları Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına və NABUCCO-da qaz kəmərinin inşası ilə bağlı idi. Bu sualların cavabında Ç. İsmayılov qeyd etmişdir ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında mühüm məsələlərdən biri qarşılıqlı investisiyanın artmasıdır. Lakin bu sahədə kifayət qədər narazılıq müşahidə olunur. Məsələn, son 5 ildə Rusiyanın Azərbaycana qoyduğu investisiyanın həcmi 2,7 milyon dollar olduğu halda, həmin dövr ərzində Azərbaycanın Rusi yaya investisiyası 10 dəfə çox olmuşdur. Müqayisəyə görə, Rusiya Ermənistana son 15 il ərzində 1,5 mlrd dollardan artıq investisiya qoymuşdur. O ki qaldı NABUCCO layihəsinə, Ç.İsmayılov qeyd etdi ki, Rusiya mətbuatında gedən NABUCCO layihəsi ilə bağlı fikirlər və ümumiyyətlə, bu mövzu kifayət qədər siyasiləşdirilmişdir. NABUCCO layihəsi ilk öncə, iqtisadi layihədir və onun realizə edilməsi yalnız iqtisadi səmərəlilik əsasında müəyyən olunacaqdır. Fikrimcə, bu layihəyə, Rusiya, Mazdok-Bakı qaz kəməri vasitəsilə qoşulsa, onun həyata keçməsi daha real ola bilər–, deyə o qeyd etdi.

Ümid etmək olar ki, belə forumların keçirilməsi üçün Xəzəryanı dövlətlər əməkdaşlığın inkişafına köməklik edəcəkdir.

Bookmark and Share