Tümen Dövlət Universitetinin nümayəndə heyəti BDU-da

30/11/2017

BDU-nun Coğrafiya fakültəsində Tümen Dövlət Universitetinin (Rusiya Federasiyası) Təbii resurslardan səmərəli istifadə və Ekologiya Elmi-Tədqiqat Institutunun direktoru, Rusiya Federasiyasının əməkdar ekoloqu, biologiya elmləri doktoru, professor Andrey Vladimiroviç Soromotin və professor Aleksandr Nikoloyeviç Qaluşka ilə görüş olub. Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova qonaqları  universitetdə görməkdən məmnunluğunu ifadə edib,  fakültə barədə məlumat verib. Daha sonra əməkdaşlıq məsələləri, o cümlədən gələcək elmi-təcrübi əlaqələr barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə kafedra müdirləri və digər əməkdaşlar iştirak ediblər.

Bookmark and Share