TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN KONFRANSI

29/12/2022

Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 2023-cü il mart-aprel aylarında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirəcəkdir.

KONFRANSIN MƏQSƏDİ

Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən mütəmadi olaraq təşkil olunan tələbə, magistr və gənc tədqiqatçıların Respublika elmi-praktik konfransının məqsədi  fakültədə, eləcə də digər təhsil müəsisələrində ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisaslaşan tədqiqatçıların elmi araşdırmalarının mühüm nəticələrinin ümumiləşdirilməsi, müzakirəsi və toplu şəklində nəşr olunaraq əlçatanlığının təmin olunmasıdır.

Bu sahədə TEC-in əsas nailiyyəti kimi 2017-2022-ci illərdə 705 tələbə və gənc tədqiqatçıların elmi məqalələrinin toplandığı 5 Respublika səviyyəli elmi və elmi-praktik konfransları göstərmək olar.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin müstəqilliyi və suverenliyinin qorunub saxlanılmasında, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrdə mütərəqqi inkişafında tarixi rolu olmuşdur. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Təsadüfi deyil ki, Coğrafiya fakültəsi TEC-in 2018-ci ildə təşkil olunan  “Təbiət və cəmiyyət əlaqələrində coğrafi tədqiqatların rolu” mövzusunda doktorant, magistrant və bakalavrların XXIV Respublika Elmi Konfransı da məhz Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamını və Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısında misilsiz xidmətlərini yüksək qiymətləndirərək Coğrafiya fakültəsi TEC növbəti Respublika elmi-praktiki konfransını Ümummilli Liderin 100 illiyinə həsr edir.

KONFRANSIN İSTİQAMƏTLƏRİ

Konfransa təqdim olunacaq elmi məqalə və tezislər aşağıdakı istiqamətlərə  uyğun olmalıdır:

  • Fiziki coğrafiya, landşaftşünaslıq və geomorfologiya;
  • İqtisadi və sosial coğrafiya, insan coğrafiyası;
  • Geodeziya, kartoqrafiya və coğrafi informasiya sistemləri;
  • Hidrologiya və su ehtiyyatlarından səmərəli istifadə;
  • Yerquruluşu, torpaq və daşınmaz əmlakın kadastrı sistemi;
  • Meteorologiya və iqlim dəyişmələri;
  • Təsərrüfatın ərazi təşkili, davamlı inkişafı və iqtisadi-coğrafi qiymətləndirilməsi;
  • Əhali məskunlaşması, urbanizasiya və miqrasiya prosesləri;
  • Torpaq-bitki örtüyünün öyrənilməsi və ətraf mühitin mühafizəsi;
  • Geoloji kəşfiyyat və dağ-mədən işlərinin aparılması;
  • Coğrafiyanın tədrisi metodikası və müasir tədqiqat üsulları;
  • Turizm sahələri və inkişaf perspektivləri;
  • Dünyanın sosial, iqtisadi və ekoloji problemləri.

TƏRTİBAT QAYDALARI

Konfransa təqdim olunacaq məqalələr (tezislər) xüsusi topluda çap olunacaq və aşağıdakı tələblərə uyğun tərtib olunmalıdır:

  1. Məqalələrin mətnləri 3-6 səhifə həcmində A4 formatda, 14 keql şriftlə, MS Word redaktorunda (*.doc, *.docx), “Times New Roman” şriftində, sətirarası 1,5 intervalla, vərəqin hər tərəfindən 2,5 sm məsafə saxlamaqla yığılmalıdır.
  2. Məqalələr Azərbaycanrus və ingilis dillərində təqdim oluna bilər. Hər bir məqaləyə qısa xülasə verilməlidir. Məqalə Azərbaycan dilində təqdim olunarsa, xülasə rus və ingilis dillərində, məqalə digər dildə verildikdə, qalan iki dildə xülasə tərtib edilməlidir.
  3. Məqalədə mətnin yeri və ardıcıllığı aşağıdakı kimi verilməlidir:

UOT; məqalənin adı; müəllifin (müəlliflərin) adı və soyadı; Elmi dərəcə, elmi ad, vəzifə; işin yerinə yetirildiyi müəssisənin adı; Elmi rəhbərin adı və soyadı; müəllifin e-mail ünvanı; xülasə (150 – 200 söz, şrift 11); açar sözlər (4-6 söz, şrift 11); məqalənin mətni; nəticə və tövsiyyələr; istifadə edilmiş ədəbiyyat siyahısı.

Elmi məqalələrini (tezislərini) təqdim edərək konfransın işində iştirak etmək istəyənlər 2023-cü il fevral ayının 25-dək məqalələrini təşkilat komitəsinə təqdim etməlidirlər.

Qeyd: Magistrlar üçün konfransda iştirak ÖDƏNİŞLİDİR.

ƏLAQƏ

İmran Bayramov – Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri

E-mail: [email protected]mail.ru

MƏQALƏNİN TƏRTİB FORMASI

UOT

MƏQALƏNİN ADI

Müəllifin Adı və Soyadı
Elmi dərəcəsi, vəzifəsi. Müəssisə

Elmi rəhbər

E-mail ünvanı

Xülasə: (150-200 söz)
Açar sözlər:
(4-6 söz)

Məqalənin mətni

Ədəbiyyat siyahısı

Rus dilində xülasə və açar sözlər

İngilis dilində xülasə və açar sözlər

Təşkİlat komİtəsİ

Bookmark and Share