Rektor Coğrafiya fakültəsinin tələbələri ilə görüşüb
22/05/2014BDU-nun rektoru, akademik Abel Məhərrəmov Coğrafiya fakültəsinin Yekun Dövlət Attestasiyasına buraxılan tələbələrini qəbul edib. Görüşdə fakültənin tələbələri ilə yanaşı, dekan və kafedra müdirləri də iştirak edib.
Tələbələrin problemləri ilə maraqlanan, onların çoxsaylı suallarını cavablandıran rektor müəyyən tapşırıqlar verib. Abel Məhərrəmov tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara nəzarəti bilavasitə özü edəcəyini xatırladıb.
Eyni zamanda fakültə dekanı və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştiraklarını təmin etmək üçün lazımi göstərişlərini verib.
![]() |
![]() |
![]() |
![]() |


