“Qlobal iqlim dəyişiklikləri və ekologiya hüququ” mövzusunda elmi-praktiki konrfans

09/05/2014

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkibində fəaliyyət göstərən Gənc Coğrafiyaçılar Diskusiya Klubunun təşkilatçılığı ilə “Qlobal iqlim dəyişiklikləri və ekologiya hüququ” mövzusunda elmi-praktiki konrfansın bağlanış tədbiri keçirilib. Nəzərinizə çatdıraq ki, “Qlobal iqlim dəyişiklikləri və ekologiya hüququ” mövzusunda elmi-praktiki konrfansın açılış tədbiri Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərovun iştirakı və “Ekologiya hüququ” mövzusunda geniş elmi çıxışı ilə baş tutmuşdu. Elmi-praktiki konrfansın bağlanış tədbirini giriş sözü ilə açan Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini İlkin Şərifov ilk öncə tələbələri salamlayaraq konfransın mahiyyətini, başladığı gündən bu günə qədər davam edən müddətdə mövzunu əhatə edən tezislərin qəbul olunduğunu eləcə də Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qenberovun şəxsən nəzarəti ilə baş tutduğunu xüsusilə qeyd etdi. BDU THİK-in sədr muavini İlkin Şərifovun çıxışından sonra Şuşa şəhərinin işğal olunmasının 22-ci ildönümü münasibəti ilə torpaqlarımız uğrunda şəhid olanların xatirəsi 1 (bir) dəqiqəlik sükutla yad edildi. Daha sonra konfransda ekspert qismində iştirak edən Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Coğrafi-ekologiya kafedrasının müəlliməsi, Coğrafiya elmləri namizədi, dosent Şəkər Məmmədova qlobal iqlim dəyişikliklərinin baş vermə səbəbləri, nəticələri və ekoloji tarazlığın pozulması barədə geniş məlumat verən və bu sahədə informasiya almaq hüququnu dinləyicilərə izah edən müəllimə bu ekoloji problemlərin həlli üçün nəzərdə tutulmuş məsuliyyət barədə iştirakçılara məlumat verdi. Sonra mövzu ilə bağlı araşdırmalar aparan tələbələr dinlənildi. Sonda “Gənc Coğrafiyaçılar Diskusiya Klubu”-un rəhbəri Eltac Cəbiyev konfransın mövzusu ilə bağlı öz fikirlərini bildirdi və konfransda tezislə çıxış edən tələbələr BDU Tələbə Həmkarlar İttifaqı tərəfindən Diplomla mükafatlandırıldılar.

 

 

Bookmark and Share