"İqlim dəyişmələrinə uyğunlaşma" mövzusunda elmi seminar

21/12/2021

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində "İqlim dəyişmələrinə uyğunlaşma" mövzusunda elmi seminar baş tutmuşdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Yaşıl iqlim fondu və İnkişaf Proqramının "Milli uyğunlaşma planı" layihəsi çərçivəsində baş tutan seminarı Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova açıq elan edib. O, iqlim dəyişmələrinin öyrənilməsinin önəmini vurğulayaraq, bu istiqamətdə aparılan tədqiqatla diqqət çəkib.

Sonra Elçin Məmmədov, Çingiz İsmayılov, Zaur Əliyev, Rövşən Abbasov, Vafadar İsmayılov iqlim dəyişmələri ilə bağlı müxtəlif məruzələrlə çıxış edərək, seminar iştirakçılarını məlumatlandırıblar.

Seminar zamanı tələbələr arasında iqlim dəyişmələri və ətraf mühitlə bağlı "Kahoot!" platformasında interaktiv intellektual yarış təşkil olunub və qaliblər mükafatlandırılıb.

Sonda iştirakçılar seminarla bağlı fikirlərini söyləyib və onların sualları cavablandırılıb

Bookmark and Share