“Qaliblərin zəfər dastanı” adlı tədbir

07/11/2025

"Qaliblərin zəfər dastanı" adlı tədbir

Bakı Dövlət Universitetinin(BDU) Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimləri Sultan Seyidova və Aytəkin Mirzəyevanın təşkilatçılığı ilə Coğrafiya fakültəsinin 1-ci kurs tələbələri ilə Zəfər gününün 5 illik yubileyinə həsr olunmuş "Qaliblərin zəfər dastanı" adlı tədbir keçirilmişdir. Coğrafiya fakültəsinin tədris işləri üzrə dekan müavini Eltac Cəbiyev öz çıxışında  Azərbaycan tarixinin ən qürurlu səhifələrindən biri olan 8 noyabr Zəfəri haqqında ətraflı danışıb. Xüsusilə Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində Şuşanın düşmən işğalından azad olunması müharibənin taleyində həll edici rol oynadığını bildirib. O, qeyd edib ki, bu qələbə Azərbaycan xalqının birliyinin, iradəsinin və mərdliyinin simvoluna çevrilib.  
Daha sonra tədbir iştirakçılarının hazırladığı  musiqilər, səhnəcik, rəqs, şeir və esselərlə davam edib. 
Sonda tədbirdə iştirak edən professor-müəllim heyəti fikirlərini bildirərək tələbələrin vətənpərvərlik ruhunda hazırladığı bu tədbiri yüksək qiymətləndirib.

"Qaliblərin zəfər dastanı" adlı tədbir

"Qaliblərin zəfər dastanı" adlı tədbir

Bookmark and Share