Nəzəri biliklərin təcrübədə tətbiqi: inkişaf yolları və perspektivlər
24/11/2014Noyabr ayının 22-i saat 11:00-da Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin 410 saylı auditoriyasında Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Nəzəri biliklərin təcrübədə tətbiqi: inkişaf yolları və perspektivlər” mövzusunda tələbələrlə görüşü keçirilmişdir.
Görüşdə "nəzəri biliklərdən təcrübədə istifadə olunması", "Coğrafi İnformasiya Sisteminə dair biliklərin inkişaf etdirilməsi", "layihələrin hazırlanması formaları" və ingilis dilini inkişaf etdirmək üçün danışıq dərslərinin təşkili kimi məsələlər müzakirə edilmişdir.
Görüş zamanı Coğrafiya fakültəsi TEC-in sədr müavini Eltac Cəbiyev “Uğura doğru təlimi”, “Layihələrin hazırlanma formaları”, IV kurs tələbəsi Babayeva Leyla “TEC Təlim Mərkəzinin yaradılması”, “Turizmin inkişafı üçün CİS yaradılması”, IV kurs Əhmədova Şəmsiyyə “CİS-də tətbiq olunan proqram təminatları” mövzusunda təqdimatlarla çıxış etdilər.
Tədbirin sonunda TEC təlim mərkəzinin yaradılması, Coğrafi İnformasiya Sistemi və ingilis dili üzrə danışıq dərslərinin təşkili, eləcə də coğrafi layihələrin hazırlanması haqda qərar qəbul edildi.
TEC təlim mərkəzinin fəaliyyətinin mütəmadi olaraq aparılması prioritet məsələ kimi nəzərdə tutulmuşdur. Bu mərkəzdə fakültəmizin fəal tələbələrinin iştirak etməsini arzulayırıq.
![]() |
|


