Qurban bayramı münasibəti ilə ziyarət

03/10/2014

BDU Coğrafiya Fakültesi Tələbə Həmkarlar İttifaqı Komitesi 03.10.14 tarixində Azərbaycan Uşaqlar Birliyinin nəzdində olan "Kimsəsiz Uşaqlar Sığınacağı"nı Qurban bayramı münasibəti ilə ziyarət etdi !
Fakültə THİK-in Humanitar yardım üzre koordinatoru Nərmin Məmmədovanın rəhbərliyi ilə fakültənin aktiv tələbələri uşaq sığınacağında olan uşaqlara maddi ve mənəvi yardım göstərdilər. Toplanılan maddi yardım hesabına uşaqlara qış geyimləri, meyvə, ərzaq, ət məhsulları ve başqa yardımlar göstərildi.
İlk önce "Azərbaycan Uşaqlar Birliyi" nin sədri Kəmalə Ağazadə ilə tanışlıq oldu, daha sonra “uşaq sığınacağı”nın meneceri ve sosial işçisi Həcər Ağazadə tələbələrə sığınacaq haqqında ətraflı məlumat verdi ve işçi heyyəti ilə tanış etdi.Həcər xanımın tanışlıq çıxışından sonra uşaqlara alınan hədiyyələr paylanıldı. Daha sonra bizimle birgə humanitar yardım aksiyasında iştirak edən "Feeling" musiqi qrupu öz ifaları ilə uşaqları qurban bayramı münasibəti ilə təbrik etdi.
BDU tələbələri ilə yanaşı AzTU tələbələri də bu yardım aksiyasyında bizimlə birgə iştirak edirdi.

 

Bookmark and Share