Şimali Kiprin Doğu Akdeniz Universitetinin əməkdaşları Coğrafiya fakültəsində
29/11/20102010- cu il noyabr ayının 21-26 tarixində Şimali Kiprin Doğu Akdeniz Universitetinin Turizm və Mehmanxana işinin təşkili fakültəsinin əməkdaşları prof.doktor Güven Ardahan və prof.Hasan Kılıc BDU-nun coğrafiya fakültəsində olublar. Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri dos.H əbibə Soltanova və əməkdaşlarla keçirilən göruşdə xarici tələbələrlə iş üzrə dekan dos.Gülheyran Rəhimova, fakültənin dekanı prof. Müseyib Müseyibov iştirak edib. Həm fakültədə, həm də rektorluqda davam etdirilən işgüzar görüşdə hər iki tərəfi maraqlandıran məsələ haqda ətraflı fikir mübadiləsi aparılıb.

