“Şəhər turizmi və dayanıqlı inkişaf məqsədləri” adlı tədbir keçirilib

12/10/2026

“BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə “Şəhər turizmi və dayanıqlı inkişaf məqsədləri” adlı tədbir keçirilib.

Görüşün qonağı, BDU-nun müəllimi Vüqar Dərgahov çıxış edərək şəhər turizminin mahiyyəti, onun dayanıqlı inkişaf məqsədləri ilə əlaqəsi, müasir dövrdə şəhərlərin turizm potensialı və bu sahədə qarşıda duran çağırışlar barədə iştirakçılara ətraflı məlumat verib. O, dayanıqlı şəhər turizminin iqtisadi, sosial və ekoloji aspektlərindən, mədəni irsin qorunmasının vacibliyindən, yaşıl turizm yanaşmalarından, eləcə də Bakı və digər şəhərlərin timsalında şəhər turizminin inkişaf perspektivlərindən bəhs edib.

Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

“Şəhər turizmi və dayanıqlı inkişaf məqsədləri” adlı tədbir keçirilib

“Şəhər turizmi və dayanıqlı inkişaf məqsədləri” adlı tədbir keçirilib

“Şəhər turizmi və dayanıqlı inkişaf məqsədləri” adlı tədbir keçirilib

“Şəhər turizmi və dayanıqlı inkişaf məqsədləri” adlı tədbir keçirilib

Bookmark and Share