“Heydər zirvəsi”nə yürüş
10/05/2016Coğrafiya fakültəsinin Turizm ixtisasının tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil edilən Heydər Əliyev zirvəsinə yürüş ediblər.
Xarici ölkələrin İqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının əməkdaşı Səbuhi Talıbovun rəhbərlik etdiyi qrup üzvləri Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəni fəth ediblər.


