Geodeziya və Kartoqrafiya kafedrasının müdiri “Master klass” səviyyəli mühazirə oxumuşdur

17/12/2021

Bakı Dövlət Universitetinin Geodeziya və Kartoqrafiya kafedrasının müdiri, texnika elmləri doktoru, professor Məqsəd Qocamanov Daşkənd Dövlət Universiteti və Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının mexanizasiyası Universitetinin dəvəti ilə həmin universitetlərin tələbə, magistr, doktorant və professor-müəllim heyətinin birləşmiş seminarında  “Geodeziya elminin əsas elmi məsələsi və onun həll metodları”  mövzusunda “Master klass” səviyyəli  mühazirə oxumuşdur. Mühazirənin sonunda  auditoriyanı maraqlandıran əlavə suallar cavablandırılmışdır. Tədbir yüksək səviyyədə keçmiş və hər iki universitetin rektorluğu tərəfindən təşəkkürnamə bildirilmişdir.

Bookmark and Share