Çexiya Respublikasının Xarici İşlər Nazirinin müavini BDU-da
19/05/2015Çexiya Respublikasının Xarici İşlər Nazirinin müavini Petr Drulakın başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.
Tələbə-müəllim heyəti ilə keçirilən görüşdə rektor, akademik Abel Məhərrəmov qonaqları salamlayıb, ölkələrarası münasibətlərdən, elm və təhsil sahəsində görülən işlərdən, Azərbaycan və Çexiya universitetləri arasındakı əməkdaşlıqdan, tələbə - müəllim mübadiləsi, birgə layihələr üzərində həyata keçirilən işlərdən bəhs edib. Sonra cənab Petr Drulak çıxış edərək iştirakçıları salamlayıb, Bakı Dövlət Universitetində keçirilən bu görüşün əhəmiyyətindən söz açıb, Çexiya- Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edib.
Qonaqlar universitetin Tədris elektron mərkəzi ilə tanış olduqdan sonra görüş Çexiya Respublikasının Xarici İşlər Nazirinin müavini Petr Drulakın universitet tələbələri üçün mühazirəsi ilə başa çatıb.


