Elmi-praktik konfrans keçiriləcək

19/11/2012

Bakı Dövlət Universiteti Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Coğrafiya Cəmiyyətinin BDU filialı ilə birgə 6 -7 dekabr 2012-ci il tarixində Geodeziya və kartoqrafiya kafedrasının 40 illik yubileyinə həsr olunmuş «XXI əsr: Geodeziya və kartoqrafiya elmində innovasiyalar» mövzusunda elmi-praktik konfrans keçirəcəkdir. Konfransın açılışı 6 dekabr 2012 - ci il saat 12 - də təzə korpusun iclas zalında keçiriləcəkdir.

Konfransınməqsədi - son onilliklər ərzində geodeziya-kartoqrafiya elmi digər sahələrdə əldə edilmiş elmi-texniki tərəqqi və innovasiya nailiyyətlərindən bəhrələnərək, xüsusilə də texniki avadanlıqlar sahəsində, çox böyük sıçrayışla inkişafa nail olmuşdur. Bu yeniliklərin istehsalatda tətbiqi, eləcə də müvafiq ixtisas üzrə kadr hazırlığı işi müasir yanaşma tələb edir. Konfransda bu kimi problemlərin yerli və xarici ölkə mütəxəssisləri, qanunvericilik və icra orqanları nümayəndələri ilə birgə müzakirə olunması və həllinin elmi-təcrübi istiqamətlərinin müəyyən edilməsi nəzərdə tutulur.

Konfransda təqdim olunacaq materiallar aşağıdakı istiqamətlərə uyğun olmalıdır:

-Geoməkan məlumatları infrastrukturunun yaradılması

-Coğrafi informasiya sistemləri və 3D modelləşdirmə

-Məsafədən duyma və fotoqrammetriya

-Mühəndisi  obyektlərin  layihələndirilməsi, inşası və istismarında müasir geodeziya və GİS  texnologiyaları

-Çoxməqsədli kadastr və onun yaradılmasında geodeziya-kartoqrafiya elminin yeri

-Tektonik aktiv və texnogen təhlükəli zonalarda deformasiyaların  geodeziya metodları ilə öyrənilməsi

-Hidroloji qiymətləndirmə, kosmolandşaft və kosmogeomorfoloji tədqiqatlarda geodeziya-kartoqrafiyanın əhəmiyyəti

-Urbanizasiya, turizim   və ekosistemlərin idarə olunmasında geodeziya-kartoqrafiya metodlarından istifadə

-İqlim dəyişmələri və onun fəsadlarının tədqiqində geodeziya-kartoqrafiya və məsafədən duyma metodlarının rolu

-Geoloji axtarışlar və dağ-mədən işlərinin aparılmasında geodeziya, aerokosmotopoqrafiya metodlarından istifadənin əhəmiyyəti

-Azərbaycanda ali geodeziya-kartoqrafiya təhsili: problemlər və perspektivlər.

Konfransa təqdim olunacaq məruzələr (məqalələr) xüsusi topluda çap olunacaq və aşağıdakı tələblərə uyğun tərtib olunmalıdır:

1 Məqalələrin mətnləri 5-7 səhifə həcmində A-5 formatda, 12 keqel şriftlə, MS Word redaktorunda, Times New Roman şriftində, 1 intervalla, vərəqin hər tərəfindən 2 sm məsafə saxlamaqla yığılmalı və 1 nüsxə kağızda çap olunaraq CD disklə birlikdə təqdim edilməlidir.

  1. 2. Məqalələr azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Hər bir məqaləyə qısa xülasə verilməlidir. Məqalə azərbaycan dilində təqdim olunarsa, xülasə rus və ingilis dillərində, məqalə digər dildə verildikdə, qalan iki   dildə xülasəsi tərtib edilməlidir.

3. Məqalələrin mətni aşağıdakı ardıcıllıqda verilməlidir:

məqalənin adı; müəllifin (müəlliflərin) adı, atasının adı, soyadı, E-mail ünfanı  göstərilməklə; işin yerinə yetirildiyi müəssisənin adı və poçt ünvanı; qısa xülasə (5-10 sətirdə); açar sözlər (4-6 söz); məqalənin mətni;nəticə və tövsiyyələr; istifadə edilmiş ədəbiyyat siyahısı.

4. Məqalələr müəllifin şəxsi hesabına nəşr ediləcək (hər səhifə üçün 2 AZN).

Konfransın işində iştirak etmək istəyənlər 2012-ci il noyabr ayının 20-dək məruzələrinin mətnini aşağıdakı ünvana  göndərməlidirlər:

Azərbaycan Respublikası, AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 23. Bakı Dövlət Universiteti, Əsas bina, IV mərtəbə, Coğrafiya fakültəsi, otaq № 415, Prof. M.H.Qocamanov, b/l, G. Quliyeva.

Telefon: (99412)- 438-01-70; (050)-559-89-09

Fax:       (99412)-598-33-76

E-mail: mgodja@ yandex. ru;  gü[email protected]

http://www.bsu.edu.az

 

Təşkilatkomitəsi.

Bookmark and Share