ELAN

27/11/2014

5 Dekabr 2014-cü ildə Bakı Dövlət Universitetinin yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Coğrafi biliklərin nəzəri və təcrübi tətbiqi” mövzusunda magistrant və bakalavrların XX Elmi Konfransı keçiriləcəkdir. Konfransda Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, eləcə də Turizm İnstitutunun magistr və bakalavr pilləsində təhsil alan tələbələrinin iştirakı nəzərdə tutulmuşdur.
Tələbələr coğrafiyanın müxtəlif sahələrinə dair təqdimatlarla çıxış edəcəklər.
Coğrafiya fakültəsi 400 saylı auditoriya saat 10:00
Hamınızın fəal iştirakını arzulayırıq.

Bookmark and Share