Elan

26/01/2021

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində 27 yanvar 2021 ci il saat 11:00 da  5408.01- “ Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geologiyası” ixtisas üzrə doktorantura pilləsində təhsil almış GDU-nin baş müəllimi Sadiqov Təvəkkul Tofiq oğlunun “Qarabağ- Mil düzü landşaftlarının eko-meliorativ qiymətləndirilməsi” mövzusunda Microsoft Teams proqramı vasitəsilə onlayn şəkildə elmi seminarı təşkil olunacaq.

Çıxışda mövzunun xülasə hissəsi ibarətdir:  Qarabağ və Mil düzlərinin kəskin transformasiya olunmuş müasir landşaftları uzun illər işğal altında olmuş Azərbaycan əraziləri ilə təmas sərhəddinə malik olduğu üçün ciddi şəkildə ekoloji təcavüzə məruz qalan ərazilərimizdən biridir.Burada su resursları ilə bağlı uzun illər problemlər yaşanmışdır.

Məruzədə meliorativ qiymətləndirmədə təbii mühit kompanentlərindən ikisi: su resursları və iqlim xüsusiyyətləri daha əsaslı qiymətləndiriləcək. Digər resurslar- relyef, geoloji özül, hidrogeoloji şərait, torpaq, bitki örtüyü kimi mühit kompanentləri ümumi şəkildə şərh ediləcək.

Məruzədə meliorativ kompanentlərin qiymətləndirilməsi regionun bütün ekocoğrafi xüsusiyyətləri ilə əlaqələndiriləcək, ekomeliorativ xüsusiyyətlərə aid kartoqrafik materiallar təqdim olunacaqdır.

Bookmark and Share