ELAN

17/03/2016

BDU – nun Coğrafiya fakültəsi 2016 – cı il aprel ayının   28-29-da  “Azərbaycan regionlarının coğrafi  problemləri mövzusunda Elmi - praktiki konfrans keçirməyi nəzərdə tutur.

Konfransın əsas bölmələri  aşağıdakılardır:

1. Regionlarının fiziki coğrafi problemləri

2. Sosial - iqtisadi coğrafiyanın aktual məsələləri

3. Azərbaycanın su ehtiyatları və  iqlim dəyişmələri

4. Regionlarının turizm - rekreasiya ehtiyatları

5. Geoməkan məlumatları və distansion tədqiqatlar

6. Regionlarının  ekocoğrafi problemləri

7. Coğrafiyanın tədrisinin aktual məsələləri

Məqalələr aşağıdaki qaydalar əsasında tərtib edilməlidir:

1. Format  A4, interval 1,5, yuxarıdan, aşağıdan, soldan və sağdan 2 sm;

2. Şrift Times New Roman, şriftin ölçüsü 14;

3. Məqalənin yuxarısında qeyd edilməlidir: məqalənin adı, müəllifin adı, soyadı, atasının adı; işlədiyi təşkilatın adı.

4. 2 dildə (rus / azərbaycan və ingilis dillərində) xülasə;

5. Ədəbiyyat siyahısı;

6. Məqalələr 5 səhifədən az olmamalıdır;

7. Məqalələr elektron formatda (disk) və çap olunmuş təqdim olunmalıdır;

8. Bir müəllifdən 1 – dən artıq məqalə qəbul edilmir.

Qeyd: Məqalələr   mart  ayının 30 - na kimi qəbul edilir. (BDU, Coğrafiya fakültəsi, 401, 403 – ci otaqlar, dos. Şəkər Məmmədova, Aytən Məhərrəmova iş tel.: 539 09 69; 012 539 09 74  e-mail: [email protected] və ya mehmansure@mail.ru). Məqalələr müəlliflərin hesabına çap olunacaqdır. Konfransıın mövzusuna uyğun gəlməyən və ya zəif  məqalələr nəşr olunmayacaq və müəlliflərə qaytarılmayacaqdır.

Coğrafiya  fakültəsinin  dekanlığı

Bookmark and Share