ELAN

05/04/2021

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində 07 aprel 2021- ci il saat 11:00 - da  5401.02 Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası ixtisası üzrə doktorantı, “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının müəllimi, c.ü.f.d  Dərgahov Vüqar Səttar oğlunun İşğaldan azad olunnan ərazilərdə sağlamlıq turizminin inkişaf perspektivləri mövzusunda onlayn elmi seminarı təşkil olunacaq.

Azərbaycanda sağlamlıq xidmətləri beynəlxalq gəlmə turizmdə hədəf ölkələrə istiqamələn əsas turizm məhsullarından sayılır. Azərbaycanın sağlamlıq turizm sahəsində rəqabət imkanları yaxın xarici ölkələrlə müqayisədə üstün sayıla bilər. Eyni zamanda, işğaldan azad olunan ərazilərin sağlamlıq turizm potensialının turizm industriyasının dövriyyəsinə cəlb olunması bu sahədə yeni destinasiyalar və turizm məhsullarının formalaşmasına, onun rəqbət qabiliyyətinin artmasına imkan verəcəkdir.

Məruzədə işğaldan azad olunan ərazilərdə zəngin termal müalicəvi bulaqlar, mikroiqlim resursları, landşaft müxtəlifliyi, mədəni irs sağlamlıq turizminin inkişafı üçün əlverişli şərait yaradır. Regionda beynəlxalq analoqlarından üstünlüyünüə görə seçilən 23 termal mənbə, özünəməxsus mikroiqlim şəraiti olan 4 balneoloji-iqlim zonası vardır ki, bu da sağlalıq turizminin inkişafının perspektivləri təqdim olunacaqdır .

Bookmark and Share