Döyüşçümüz qızıl medal qazanıb
13/05/2016Rumunıyanın paytaxtı Buxarest şəhərində keçirilən Muay-Tay WTKA versiyası üzrə Avropa çempionatına yekun vurulub. Bu yarışda Azərbaycanın Muay-Tay komandası 5 idmançı ilə təmsil olunub. İdmançılarımız yarışı 3 qızıl medalla başa vurub. Belə ki, Qəniyev Mirfayiq gənclər arasında 51 kq, böyüklər arasında isə Coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Məmmədzadə Alid 67, və Abdullayev Abdulrəhman 54 kq çəki dərəcəsində qızıl medala sahib çıxıblar.
İdmançılarımız bu uğuru millimizin baş məşqçisi Şəhriyar İsayevin rəhbərliyi altında əldə ediblər.
![]() ![]() |
|
![]() ![]() |


