"Dünya ölkələri" intellektual yarışı

20/12/2021

BDU Coğrafiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Coğrafiya fakültəsində "Dünya ölkələri" intellektual yarışı keçirilib. İntellektual yarış 16 komandanın iştirakı ilə 5 raund üzrə keçirilib. Suallar, fakültə THİK sədri A. Abdulalimov, idarə heyəti üzvləri A. Həsənova, İ. Bayramov və K. Məmmədova tərəfindən səsləndirilib. Şəffaflığın təmin olunması məqsədi ilə yaradılmış münsiflər heyəti, yarışın gedişatına və balların hesablanmasına nəzarət edib.

Gərgin intellektual mübarizənin sonunda "Wanderlust" komandası 1-ci, "Aysberq" komandası 2-ci və "Dyatlov" komandası 3-cü yeri qazanıb. Qalib komanda növbəti mərhələyə vəsiqə qazanıb. Yarışın sonunda dekan müavinləri Qoşqar Məmmədov və Səbuhi Talıbov qalibləri təbrik edib, onları fakültənin Fəxri Fərmanları ilə təltif edib və xatirə şəkilləri çəkdiriblər. Həmçinin ilk 3 yeri tutmuş komanda üzvlərinə THİK-in sertifikatları təqdim olunacaq.

BDU Coğrafiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Coğrafiya fakültəsində "Dünya ölkələri" intellektual yarışı keçirilib.
İntellektual yarış 16 komandanın iştirakı ilə 5 raund üzrə keçirilib. Suallar, fakültə THİK sədri A. Abdulalimov, idarə heyəti üzvləri A. Həsənova, İ. Bayramov və K. Məmmədova tərəfindən səsləndirilib. Şəffaflığın təmin olunması məqsədi ilə yaradılmış münsiflər heyəti, yarışın gedişatına və balların hesablanmasına nəzarət edib.
Gərgin intellektual mübarizənin sonunda "Wanderlust" komandası 1-ci, "Aysberq" komandası 2-ci və "Dyatlov" komandası 3-cü yeri qazanıb. Qalib komanda növbəti mərhələyə vəsiqə qazanıb. Yarışın sonunda dekan müavinləri Qoşqar Məmmədov və Səbuhi Talıbov qalibləri təbrik edib, onları fakültənin Fəxri Fərmanları ilə təltif edib və xatirə şəkilləri çəkdiriblər. Həmçinin ilk 3 yeri tutmuş komanda üzvlərinə THİK-in sertifikatları təqdim olunacaq.

 

 

Bookmark and Share