Coğrafiya fakültəsinin tələbəsi konfransda çıxış edib
21/05/2018Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin SABAH qrupları 4-cü kurs tələbəsi Ləman Kərimli Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya Institutu və İNOC-un (İnter-İslamic Science and Technology network on Oceanography) birgə təşkilatçılığı ilə keçirilən “Daxili su hövzələrinin problemləri-Xəzər dənizi timsalında” (Understanding the problems of inland waters: case study for the Caspian basin) mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. Konfransda “Xəzər dənizinin Qara dənizlə əlaqəsinin region ölkələri üçün iqtisadi əhəmiyyəti” mövzusunda məqalə ilə çıxış edib. O, hər iki region ölkələrinin siyasi sabitlik və sosial- iqtisadi əlaqələrin inkişaf etdirilməsi və bölgədə birgə səylər nəticəsində enerji təhlükəsizliyinin qorunmasından, bu istiqamətdə görülən işlər və gələcək layihələr barədə çıxış edib.
O, konfrans çərçivəsində keçirilmiş beynəlxalq seminarda (İnternational student workshop understanding the problems of inland waters: Case study for the Caspian basin) sertifikatla təltif olunub.
![]() |
![]() |
|
|


