Coğrafiya fakültəsinin tələbələri Zəfər yarmarkasında
07/11/2021
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatı 07.11.2021-ci il tarixində tələbələrlə birlikdə 8 Noyabr - Zəfər Günü ilə bağlı öncə Qənimətlər parkı, daha sonra isə şəhərdə yaradılmış Zəfər Yarmarkasını ziyarət edib.
1-ci kurs tələbələrinin də iştirak etdiyi ziyarətdə tələbələrə Zəfər Günü və Hərbi Qənimətlər parkının əhəmiyyəti haqqında məlumatlar verilmişdir.
İlk öncə Vətən müharibəsinin başlanması və gedişatında xalqımızın göstərdiyi birlikdən danışılmışdır. Daha sonra Zəfər Yarmarkasına yollanılmış oradakı qazilərimizlə həmsöhbət olmuş, onların yazdığı bu zəfər tarixində keçdikləri yolda başlarına gələn maraqlı hadisələri və qələbə sevincini bölüşməklərini dinləmişlər.
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatı tələbələrlə birlikdə 8 Noyabr - Zəfər Günü ilə bağlı öncə Qənimətlər parkı, daha sonra isə şəhərdə yaradılmış Zəfər Yarmarkasını ziyarət edib.