Coğrafiya fakültəsinin professoru yubiley medalı ilə təltif olunub
29/10/2026
Qazaxıstan Respublikasının Aktau şəhərində Xəzəryanı Dövlətlərin Universitetləri və Tədqiqat Mərkəzləri Assosiasiyasının 28-ci Baş Assambleyası keçirilir. 1996-cı ildə səkkiz ali təhsil müəssisəsinin bazasında yaradılan bu təşkilat hal-hazırda yetmişdən çox aparıcı təhsil və tədqiqat mərkəzlərini özündə birləşdirir.
Həmin təşkilatın otuzuncu yubiley toplantısında Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin “İqtisadi və sosial coğrafiya” kafedrasının müdiri, professor İsmayılov Çingiz Niyazi oğlu Xəzəryani regionda elmin inkişafına verdiyi töhfəyə görə xüsusi mükafata — yubiley medalı ilə layiq görülüb.