Coğrafiya fakültəsinin əməkdaşları beynəlxalq təlimlərdə iştirak etmişdir
11/10/2016Sentyabr ayında Çin Xalq Respublikasının Milli İnkişaf və Yenidənqurma Komissiyasını təşəbbüsü ilə Pekin və Tianjin şəhərlərində, 26 ölkənin iştirak etdiyi “İqlim dəyişmələri və karbon emissiyasının azaldılması” mövzusunda təlim keçirmişdir. Təlimdə Asiya, Cənubi Amerika və Afrika ölkələri iştirak etmişdir. Bu təlimdə Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasının əməkdaşları Nuriyev Anar Ataxan oğlu və Məhərrəmova Aytən Rüfət qızı iştirak etmişdir. Keçirilən konfranslarda mövzu üzrə bir çox ölkələrə xas məsələlər müzakirə olunmuş, həmçinin Respublikamızda “iqlim dəyişmələrinə adaptasiya tədbirləri” iştirak edən mütəxəssislər tərəfindən işiqlandırılmışdır. 3 həftədən ibarət təlimin sonunda iştirakçılar diplomlarla təltif olunmuşdur.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |


