Coğrafiya fakültəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
21/01/2022
BDU Coğrafiya fakültəsinin bir qrup müəllim və tələbə heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Coğrafiya fakülətəsi Humanitar və sosial məsələlər üzrə dekan müavini Qoşqar Məmmədovun ( Qoshqar Mamedov ) rəhbərliyi altında baş tutan ziyarətdə ölkəmizin azadlığı, xalqımızın xoşbəxt gələcəyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.


