Coğrafiya fakültəsinin kollektivi Fəxri Xiyabanı ziyarət edib

04/11/2024

Coğrafiya fakültəsinin kollektivi Fəxri Xiyabanı ziyarət edib

Xalqımız tarixə qızıl həriflərlə yazılmış 8 Noyabr- Zəfər gününü böyük ruh yüksəkliyi ilə qeyd edir. “Zəfər” günü  şəhidlərimizin canları, qanları hesabına ərsəyə gəlmişdir. O cümlədən, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin məzunlarından da  Birinci Qarabağ, eləcə də İkinci Qarabağ – Vətən  Müharibəsində Rzayev Qiyas, Hacıyev Murad, Cavadov Namiq, Əbilov Nurlan şəhidlik zirvəsinə yüksəlmişlər. Coğrafiya fakültəsinin müəllim - tələbə heyəti mütamadi olaraq şəhidlərin məzarlarını ziyarət edir,  ailələri ilə əlaqə saxlayırlar.

7 Noyabr günü Coğrafiya fakültəsinin tələbə-müəllim heyəti İkinci Fəxri Xiyabanda dəfn olunmuş leytenant Cavadov Namiq Rəhbər oğlunun məzarını ziyarət etdilər. 7 Noyabr həm də Namiqin  anadan olduğu gündür. O,  həm Birinci Qarabağ,  həm də İkinci Qarabağ Müharibəsində  könüllü iştirak edib və Füzuli döyüşləri zamanı “Şəhidlik” zirvəsinə ucalıb, əbədiyyata qovuşub. Hər il Noyabrın 7-si Namiqin ailəsi Fəxri Xiyabana gəldiyi zaman  Coğrafiya fakültəsinin kollektivi də  onların yanında olur.

Bu ilki göruş zamanı Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamaov Namiqin keçdiyi qəhrəmanlıq yolu haqqında anım tədbiri iştirakçılarına, o cümlədən, tələbələrə məlumat verdi,  anası Svetlana xanıma  belə igid, vətənpərvər oğul böyütdüyünə görə  minnətdarlığını bildirdi. Namiqin  universitetdə oxuduğu dövrdə müəllimi olmuş dosent Şəkər xanım Məmmədova Namiqin tələbəlik illərindən danışdı. Sonra tələbələr çıxış edərək bildirdilər ki, Namiq kimi oğullarımız biz tələbələrin vətənpərvər olmağımıza nümunədir.

Coğrafiya fakültəsinin müəllim-tələbə heyəti adından anası Svetlana xanıma və Namiqin həyat yoldaşı Gültəkin xanıma baş sağlığı verildi.

ALLAH Namiqə və bütün şəhidlərimizə rəhmət eləsin.

Coğrafiya fakültəsinin kollektivi Fəxri Xiyabanı ziyarət edib

Coğrafiya fakültəsinin kollektivi Fəxri Xiyabanı ziyarət edib

Coğrafiya fakültəsinin kollektivi Fəxri Xiyabanı ziyarət edib

Coğrafiya fakültəsinin kollektivi Fəxri Xiyabanı ziyarət edib

Coğrafiya fakültəsinin kollektivi Fəxri Xiyabanı ziyarət edib

Bookmark and Share