Coğrafiya fakültəsində təntənəli yubiley keçirildi
07/02/2011Coğrafiya fakültəsinin əməkdaşları Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının dosenti Hacıyeva Gülsabah Abdul qızının 2011-ci il fevral ayının 5-də anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 55 illiyini təntənəli şəkildə qeyd etmişlər. G.Hacıyeva Azərbaycanda landşaftşünaslıq sahəsində tədqiqat işi aparmış ilk qadın alimdir. Dünya ölkələrinin iqtisadi-siyasi və sosial coğrafi mənzərəsini əks etdirən bir neçə kitabın, çoxsaylı elmi məqalələrin müəllifidir.

