Coğrafiya fakültəsində növbəti elmi seminar keçirilmişdir
23/12/2021Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində növbəti elmi seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova bildirdi ki, müzakirəyə təqdim olunan mövzu “Müasir Avropada gedən miqrasiya proseslərinin tədqiqi”dir. Bu baxımdan Avropada mirqasiya proseslərinin öyrənilməsi əsas proseslərdən biri olduğunu qeyd etdi. Elmi seminarda Xarici ölkələrin iqtisadi-siyasi coğrafiya və turizm kafedrasının keçmiş doktorantı Məmmədov İlqar Bəxtiyar oğlu mövzu ilə bağlı cixiş edibdir. Bu baxımdan mövzunun aktuallğı, məqsədi, qarşıya qoyulan məsələlər danışdı. Məruzədə Avropada miqrasiya prosesləri, onu yaradan səbəblər, daxili və xarici miqrasiyanın əsas istiqamətləri haqqında məlumat verdi.
Sonra məruzə ətrafında müzakirələr aparıldı, fakültənin alimləri iddiaçıya öz məsləhətlərini verdilər. Sonra Məmmədov İlqar Bəxtiyar oğlunun təqdim etdiyi dissertasiya işini növbəti mərhələyə buraxılması haqqında qərar verdilər.


