Coğrafiya fakültəsində Motivasiya təlimi keçirildi

10/10/2015

BDU Coğrafiya fakültəsi TEC Təlim mərkəzinin planlaşdırdığı "Motivasiya" təlimi uğurla keçirildi. Eltac Cəbiyevin təlimçiliyi ilə keçirilən interaktiv təlim tələbələr tərəfindən yüksək maraqla qarşılandı. 70 - dən artıq tələbənin iştirak etdiyi təlimdə motivasiya edici amillər, motivasiyanın əsas nüansları, məqsəd və hədəf müzakirə olundu. Tələbələrin fəal iştirakı, müzakirələri nəticəsində təlim istənilən nəticəni verdi. BDU Coğrafiya fakültəsi TEC-in təlim layihəsi tələbələr tərəfindən böyük maraqla qarşılandı.

Bookmark and Share