Coğrafiya fakültəsində I kurs tələbələri ilə görüş olub
23/10/2019Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının müdiri professor Maqsud Qocamanovun təşkilatçılığı ilə “Geodeziya və xəritəçilik mühəndisliyi” ixtisası üzrə təhsil alan I kurs tələbələri ilə görüş keçirilib.
Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova, kafedra əməkdaşları - dos. Z.Bağmaov, dos. M.Mehbaliyev, dos. Ə.Talıbov, dos. R.Əhlimanov və b/müəllim M.Orucov da iştirak ediblər. Görüşdə prof. M.Qocamanov tərəfindən tələbələrə “İxtisasa giriş” fənnindən mühazirə oxundu. Prof. M.Qocamanov Bakı Dövlət Universiteti və Coğrafiya fakültəsinin strukturu, onların keçdiyi tarixi inkişaf yolları, həmçinin Geodeziya və Kartoqrafiya kafedrasının yaranma tarixi, bu günü və gələcəyi, kafedrada kadr hazırlığı işi, bakalavr səviyyəsində keçilən fənlər və onları tədris edəcək müəllimlər, tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsinin meyarları haqqında geniş məlumat verib. Görüşün sonunda fakültə dekanı dos. Ş.Məmmədova və həmçinin kafedra əməkdaşlarından Z.Bağmanov, dos. M.Mehbaliyev, Ə.Talıbov, dos. R.Əhlimanov və b\müəllim M.Orucov gəncləri BDU tələbəsi adına layiq görülmələri münasibəti ilə təbrik edib və onlara bu yolda öz tövsiyələrini verərək uğurlar arzulayıblar.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |


