Coğrafiya fakültəsində GEOCLIC layihəsinin təqdimatı keçirilmişdir
09/02/2022Coğrafiya fakültəsi “Hidrometerorologiya ” kafedrasının müəllimi Nuriyev Anar Ataxan oğlunun “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” ("New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems") layihəsi haqqında seminarı keçirilmişdir. Qeyd olunmuşdur ki, GEOCLIC layihəsinin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsindən ibarətdir. Daha sonra iştirakçıların mövzu ilə əlaqədar sualları cavablandırılmış və görüş yekunlaşdırılmışdır.
![]() |
![]() |
![]() |
![]() |


