Coğrafiya fakültəsində GEOCLIC layihəsi çərçivəsində növbəti görüş keçirilmişdir
22/09/2021Coğrafiya fakültəsi “Hidrometerorologiya ” ixtisası tələbələrinə Erasmus+ mübadilə proqramı çərçivəsində həyata keçirilən “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” barədə məlumat verilib. Xatırladaq ki, GEOCLIC layihəsinin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsindən ibarətdir. Daha sonra tələbələr onlayn keçiriləcək sorğu haqqında məlumat verilib və mövzu ilə əlaqədar sualları cavablandırılmışdır.
![]() |
![]() |
![]() |
![]() |


