Coğrafiya fakültəsində Elmi Şuranın iclası keçirilib

16/02/2018

Coğrafiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. İclasda qış imtahan sessiyasının yekunları, yaz semestrinə hazırlıq, tədris və pedaqoji təcrübələrin təşkili, müəllimlərin seçkisi, doktorant və dissertantların bir illik fəaliyyətlərinin attestasiyası, bakalavr və magistrantların diplom işlərinin hazırlıq dərəcəsi, eləcə də cari məsələlər müzakirə olunub.

İclası açan dekan, dosent Şəkər Məmmədova şura üzvlərini gündəlik məsələlərlə tanış edib, qış imtahan sessiyasının yekunlarına dair ətraflı məlumat verib. İmtahanların nəticələrinə görə, ən yüksək nəticəni IV kurslar, ən aşağı nəticəni isə I kurslar göstərib. İxtisaslar üzrə ən yüksək nəticə “Hidrometeorologiya” və “Geodeziya və xəritəçilik mühəndisliyi”nin payına düşüb. Fənlər üzrə ən yüksək nəticə “Biocoğrafiya”, ən aşağı göstərici isə “Ali riyaziyyat” fənni üzrə olub. 600-dən yuxarı bal toplayan tələbələrin müvəffəqiyyət göstəricisi də 100% olub.

Daha sonra doktorant və dissertantların bir illik fəaliyyətlərinin hesabatları dinlənilib, və onların fəaliyyəti qənaətbəxş hesab olunub.

Sonra dekan, dosent Şəkər Məmmədova şura üzvlərinin suallarını cavablandırıb. İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Bookmark and Share