Coğrafiya fakültəsində doktorant və dissertantlarla görüş keçirilib

13/11/2019

Coğrafiya fakültəsində doktorant və dissertantlarla  keçirilən görüşdə  dekan, dosent  Şəkər Məmmədova “Web of Science” platformasına daxil olmaq üçün elmi  məqalələrin yazılması, doktorant və dissertantların illik hesabatlarının kafedralar tərəfindən yüksək səviyyədə təşkil olunması və s. mövzularda danışıb.

Fakültənin elmi işlər üzrə dekan müavini, dosent Mətanət Musayeva doktorantlara dissertasiyaların və elmi məqalələrin tərtibi qaydaları, bununla bağlı profilin (Publons-da ResearcherID) yaradılması və  müəllif identifaktorları haqqında məlumat verib.

“Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası  və turizm” kafedrasının müəllimi, c.ü.f.d. Səbuhi Talıbov dissertant və doktorantları Clarivate Analytics şirkətinin iş prinsipləri tanış etmək məqsədi ilə təqdimatla çıxış edib, indeksli jurnallarla bağlı məlumat verib.

Görüşün sonunda  doktorant və dissertantları maraqlandıran suallara cavab verilib.

Bookmark and Share