Coğrafiya fakültəsində birincilərlə görüş

15/09/2017

Coğrafiya fakültəsində 1-ci kurs tələbələri və onların valideynləri ilə fakültə dekanlığının, professor-müəllim heyətinin görüşü keçirilib. Görüşü giriş sözü ilə açan dekan, dosent Şəkər Məmmədova birinciləri təbrik edərək onlara uğurlar arzulayıb. Ş.Məmmədova universitetin və fakültənin tarixi, qazanılmış nailiyyətlər, görkəmli məzunlar, fakültədə tədrisin təşkili barədə geniş məlumat verib. Sonra tyutorlar Vüsal İsmayılov və Nərmin Məmmədova  1-ci kursun qrupları üzrə siyahıları elan edib.

Bookmark and Share