Coğrafiya fakültəsində birinci kurslarla görüş keçirilib

17/09/2018

Coğrafiya fakültəsində 1-ci kurs tələbələri və onların valideynləri ilə fakültə dekanlığının, professor-müəllim heyətinin görüşü keçirilib. Görüşü giriş sözü ilə açan dekan, dosent Şəkər Məmmədova birinciləri təbrik edərək onlara uğurlar arzulayıb. Ş.Məmmədova universitetin və fakültənin tarixi, qazanılmış nailiyyətlər, görkəmli məzunlar, fakültədə tədrisin təşkili barədə geniş məlumat verib.Sonra tyutor Nigar Mirzəyeva 1-ci kursun qrupları üzrə siyahıları elan edib.

Bookmark and Share