Coğrafiya fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib

16/11/2016

Coğrafiya fakültəsi Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir. İlk oncə fakültənin dekan müavini, dosent Ramiz Əhlimanov iclası açıq elan edərək və iclasın gündəliyində olan məsələləri bəyan etmişdir..
Bundan sonra fakültə Tədris-Metodiki Şurasının sədri, dosent Həbibə Soltanova hazırlanmış “Coğrafiya fakültəsi Tədris-Metodiki Şurasının 2015/2016-cı tədris ili üçün hesabatı”nı təqdim etmişdir. Dosent Həbibə Soltanova fakültə TMŞ-nin tərkibi, tələbələrin sayı və kadrla təminat haqqında geniş məlumat verərək bir çox məsələ haqqında fikirlərə aydınlıq gətirmişdir. Daha sonra isə ötən yarım il ərzində TMŞ-nin gördüyü işlər barədə iclas iştirakçılarına hesabat çatdırılmışdır. TMŞ-nın tədrisin təşkilində fəaliyyəti haqqında çıxışda açıq dərslər haqqında məlumat verilmiş, müşahidə edilən nöqsanlara nəzər yetirilmişdir.
TMŞ-nın sədrinin təqdimatından sonra məruzə ətrafında geniş müzakirələr aparılmışdır. Professor heyətindən T.Həsənov, M.Qocamanov, Y.Qəribov, dos. Ş.Məmmədova fakültə TMŞ-nın fəaliyyətinin zəruriliyini və obyektivliyini qeyd etmiş bu fəaliyyət haqqında öz fikirlərini bildirmişdir. Fakültənin dekan müavini R. Əhlimanov və BDU-nun Tədris-Metodiki Şurasının nümayəndələri hesabatı yüksək qiymətləndirmiş, müsbət rəy bildirmişdir.
Daha sonra Elmi Şuranın gündəliyində olan cari məsələlər müzakirəyə təqdim edilmişdir.

Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tədris Metodiki Şurasının 2015-ci il üzrə HESABATI


Bookmark and Share