Coğrafiya fakültəsi Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib

06/10/2017

Dekan, dosent Şəkər Məmmədova  Elmi Şura iştirakçılarını salamladıqdan sonra fakültənin elmi katibi, dosent  İmran Abdullayev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib. Daha sonra Tədris Metodiki Şurasının sədri, dosent Həbibə Soltanova “Coğrafiya fakültəsi Tədris Metodiki Şurasının 2016/2017-ci tədris ili üçün hesabatı”nı təqdim edib. O, təqdimatında  TMŞ-nin tərkibi, tələbələrin sayı, kadrla təminat, açıq dərslər, müşahidə edilən nöqsanlar, tədris olunan fənlərin proqram və dərslik təminatı kimi məsələlərə toxunub. Sonra  professorlar – Tapdıq Həsənov, Maqsud Qocamanov təqdimat ətrafında çıxışlar edib, TMŞ-nın fəaliyyətinin obyektivliyini xüsusi dəyərləndiriblər.

Tədris Departamentinin şöbə müdiri, professor Vaqif Qasımov isə çıxışında Coğrafiya fakültəsinin tarixi və tədris prosesində rolu, Tədris Departamentinin işinin təşkili haqqında danışıb və tədris işinin keyfiyyətinin artırılması  istiqamətində təklifləri müzakirə edib.

Sonda Coğrafiya fakültəsi Tədris Metodiki Şurasının hesabatı yüksək qiymətləndirilib və Elmi Şuranın gündəliyində olan cari məsələlər müzakirə edilib.

Bookmark and Share