Coğrafiya fakültəsi Elmi Şurasının növbəti genişləndirilmiş iclası
25/11/2020Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. Əvvəlcə fakültə dekanı, dosent Şəkər Məmmədova Şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. İclasda elmi-tədqiqat işlərinin hesabatları, tədrisin I yarısında kafedralar üzrə tədris yükünün yerinə yetirilməsi, eləcə də, digər cari məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu bildirib. O, kafedralarda illik hesabatlar üzrə yekun nəticələrdən, doktorantların dissertasiya mövzuları ilə əlaqəli yerinə yetirdikləri elmi-tədqiqat işlərindən bəhs edib.
Daha sonra kafedra müdirləri – professorlar Çingiz İsmayılov, Fərda İmanov, Məqsəd Qocamanov, Yaqub Qəribov, dosentler- Həbibə Soltanova, Saleh Nağıyev kafedra hesabatlarını təqdim ediblər.
İclas gündəlikdə olan cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |


